Dağıdılmış torpaqları necə sağaltmalı?

Aşağıdakı şəkillər Sumqayıt şəhərinin 5-ci mikrorayonunda çəkilmişdir. Şəkillərdən görünən həddən artıq aşınmış və möhkəmləşmiş torpaqlar və bunun əsas səbəblərindən biri olan yanlış parklanmadır (qırmızı haşiyələr). Oxşar mənzərələr bu tipli mikrorayonlarda yaşayan insanlar üçün qeyri-adi bir görüntü deyil. Mikrorayon ərazilərində vahid idarəetmə və servis sisteminin olmaması bu ərazilərdə torpaqların qanunsuz, kortəbii istifadəsinə yol açır. Mövcud mənzil […]

Azərbaycan dilində hərflərin nisbi işlənmə tezliyi necədir? Bəs şəkilçilərin? (cavab)

Həftənin sualı rubrikası çərçivəsində verdiyimiz 6-cı sual Azərbaycan dilində hərflərin işlənmə tezliyi ilə bağlı idi. Oxucularımızdan sualımıza cavab almadığımıza görə, öz cavabımızı sizə təqdim edirik. Qrafikdə göstərilən faizlər SketchEngine-dən əldə etdiyimiz 94 milyon sözlük Azərbaycan dili korpusundan əldə edilmişdir.1 Korpusda Azərbaycan dilində dərc olunan xəbər saytlarından alınmış mətnlər yer alır. Qeyd etmək lazımdır ki, hərf […]

Canlı sistemlərə uzun vadədə stabilliklərini qorumağa imkan verən xassələri hansılardır? (cavab)

Təkamül ilə yeni canlılar əmələ gəlsə də, bu daha əvvəllər yaranmış canlılarıın birmənalı şəkildə tələf olacağı mənasına gəlmir; bəzi canlı formaları milyonlarla il fundamental olaraq dəyişmədən həyatda qala bilir. Bu uğur üçün vacib olan (ən azından bizim tapdığımız) iki xassə: canlıların bir-birilə əməkdaşlığı və quruluş baxımından sadəliyidir.

Müasir süni neyron şəbəkələri ilə işləyən sistemlərin işləyişi oxşar tapşırıqları yerinə yetirə bilən canlı sistemlərindən necə fərqlənir? (cavab)

Həftənin sualı rubrikası çərçivəsində verdiyimiz 3-cü suala ən ətraflı cavabı Balaqardaş Bəşirov adlı oxucumuz (və yazarımız) vermişdir. Onun cavabını olduğu kimi aşağıda yerləşdiririk: Süni neyron şəbəkələri (SNŞ) müəyyən bir qayda ilə qurulur, misal üçün birinci qatda “xam” data verilir. Bu data işləndikdən sonra ikinci qata ötürülür və s. Bu prosesdə heç vaxt geriyə məlumat ötürülməsi […]

Keçmişdəki iqlim şəraitini öyrənmək üçün ən effektiv metod sizcə hansı ola bilər və niyə? (cavab)

Keçən həftənin sualı keçmişdəki iqlim şəraitini öyrənən paleoiqlimşünaslıq sahəsindəki metodların hansılarının daha effektiv olduğunu və bu metodların nəyə görə effektiv olduqları ilə bağlı idi. Suala aldığımız cavablar arasında ən yaxşı cavab Əli Babazadə adlı oxucumuzdan gəlmişdir. Əli cavabında istifadə olunan metodların fərqli zaman miqyasını əhatə etdiyini vurğulamış, fərqli məqsədlər üçün fərqli metodların effektiv olduğunu qeyd […]

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top