Günümüzün sosial mediası (Facebook, Twitter və s.) çirkab sularının axdığı, sağlam, demokratik düşüncəyə qarşı, daha yüksək səslə bağıranın daha çox eşidildiyi exo otağıdır. İstifadəçilərini mümkün qədər öz içinə çəkməyə, mövqeləri daha da qütbləşdirən, terrorizmin, qəbiləçiliyin çiçəkləndiyi bu toksik mühitlərin bir nöqtədə belə bir yerə çevriləcəyi ilə bağlı fikirlər ən əvvəldən 2010-ların əvvələrindən səslənirdi, çünki insan davranışını qərəzli (bias) və küylü (noisy) edən faktorlarla bağlı yüz ildən çox müddət ərzində yığılmış sosial araşdırmalar toplusu mövcuddur. Lakin “sürətli gedib bir şeyləri dağıtmaq” məntiqilə çalışan şirkətlər bu fikirləri diqqətə alıb düzəliş etmək əvəzinə məhkəmələrdə süründürülmək yolu ilə disiplin olunmağı seçdiyinə görə və artıq həddən artıq böyüyüb demokratik prosesə təsir göstərə bildiklərinə görə onları idarə etmək həddən artıq çətin bir hal alıb. Belədə bir çıxış yolu bu servisləri istifadə etməməkdirsə, internetin sahib olduğu potensialdan daha yaxşı istifadə edə biləcək çıxış yolu insan davranışı haqda bilinənlərə dayanan yeni bir sosial media anlayışı yaratmaqdır. Bu həftənin sualı da məhz budur: Belə bir platforma nəyə oxşayar, hansı elementləri indiki platformalardan fərqli olar? Bu elementlər mövcud platformalarla bağlı hansı problemləri həll edərdi?
Həmişə olduğu kimi, bu dəfə də ən yaxşı, ətraflı cavabın müəllifi bizdən mövzu ilə əlaqəli kiçik amma mənalı bir hədiyyə əldə edəcək. Cavabınız bizə aşağıdakı form vasitəsilə göndərə bilərsiniz.