Sual Ver
Elmlə maraqlanan insanın bəzən qarşılaşdığı problem həmişə sözünü etdiyimiz dərin institusional problemlərdən deyil, sadəcə sualı verməyə adam tanımadığından qarşısında keçilməz bir səddə çevrilir. Bu səhifənin yaranma məqsədi çox sadədir: bura sualı olan lakin sualı verməyə adam tapa bilməyənlər üçündür. Əgər elm, elm tarixi, fəlsəfəsi, təhsili ilə bağlı səni maraqlandıran, narahat edən sualın varsa onu buradan bizə ünvanlaya bilərsən, yoldaş oxucu, ola bilsin ki, sualına cavab verə bilərik, bilməsək də, ən pis halda sualını başqa biri ilə paylaşmış olarsan, bir yerdə fikirləşərik bu mövzuda. Cavabımızı bir müddət sonra elə bu səhifədə tapa bilərsən.
