Resurs Mərkəzi

Resurs Mərkəzi

Bu səhifə Azərbaycan və Azərbaycan dili bağlı internetdən topladığımız resurslardan ibarət, tısbağa sürəti ilə böyüyən bir kolleksiyadır. Səhifə Habitat tərcümə layihəmiz zamanı araşdırmalarımıza kömək etmək məqsədi daşısa da, burada toplananlar başqaları üçün də maraqlı ola bilər. Töhfə verə biləcəyiniz bir şeylər varsa, Əlaqə bölümündən bizimlə paylaşa bilərsiniz.

Milli Kitabxananın Kataloqu

1923-cü ildə açılan Milli Kitabxananın əsas vəzifələrindən biri Azərbaycanla bağlı və Azərbaycanda dərc olunan nəşrləri toplamaqdır. Mövcud elektron kataloqa alternativ axtarış imkanları yaratmaq üçün kitabxanadakı materialları fərqli dövrlərə ayırıb bir cədvəl faylı (.csv) şəklində bir yerə yığmışıq. Pre-Sovet dövrünü təmsil edən fayl kitabxanada bu dövrə aid bütün materialları (o cümlədən əlyazmaları və s.) əhatə edir. Digər dövrlərə aid sadəcə kitabları toplamışıq. Fayllarda kitabların adı, müəllifləri, nəşriyyat ili, məkanı, naşiri, kitabxana kataloq nömrələri göstərilib.

Pre-Sovet Dövrü (1340-1920)

Sovet Dövrü (1920-1980)

Post-Sovet Dövrü (1990-2020)

Azərbaycan Sovet Ensiklopediyası

Azərbaycan dilində yazılmış ən vacib istinad əsəri olan Azərbaycan Sovet Ensiklopediyasını (ACE) dijitallaşdırılmış şəkildə təqdim edirik. Bu kitabın dijitallaşdırmasını Fərid Əlibalayev və Naqi Məhəmmədzadə aparmışdır. Əlaqəli faylları yükləmək üçün İnternet Archive səhifəmizə baş çəkin.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top