Elmi Spektr Tyutorluq Proqramı
ESTP Azərbaycanda oxuyan tələbələrin praktiki təcrübə alması üçün yaradılmışdır. Proqramın əsas məqsədi, kiçik miqyasda olsa belə, elmin müxtəlif sahələri üzrə çalışan mütəxəssisləri və Azərbaycandakı tələbələri, qeyri-funksional institutlardan müstəqil bir platformada, məhsuldar elmi əməkdaşlıq çərçivəsində bir araya gətirməkdir. Tələbələr həyata keçirdikləri 3 aylıq layihələr üzərindən öz maraqlarını kəşf edəcək, proses zamanı maraqlandığı sahələri daha dərindən öyrənəcək, hazırkı təhsil sistemində yeri olmayan yaradıcılıqlarını nümayiş etdirə biləcəklər. Tyutorlar tələbələr və digər tyutorlarla əlaqədə sosial çevrələrini genişlədəcək, işlərində əlavə dəstək alacaq, pedaqoji təcrübə qazanacaq və çalışdıqları sahəyə ən vacib töhfə olan yeni kadrların inkişafında iştirak edəcəklər.
Homines dum docent discunt.

Necə İşləyir?
1. Yuxarıdakı qeydiyyat formunu doldurub özünüz və layihə haqda məlumat verirsiniz.
2. İlkin dəyərləndirmədən sonra profiliniz yaradılır, layihə sayta yerləşdirilir və müraciətlər üçün açılır.
3. Aldığımız müraciətlər arasından ən dolğun və potensiallı olanları sizə yönləndiririk.
4. Seçdiyiniz tələbələrlə görüşdükdən sonra ən uyğun saydığınız bir nəfəri seçirsiniz.
5. Üç ay müddətində tələbə ilə birlikdə layihəni icra edirsiniz.
1. Saytdakı layihələrə nəzər salıb maraqlandığınız layihələrlə bağlı ətraflı məlumat alırsınız.
2. Yuxarıdakı qeydiyyat formunu doldurub özünüz və maraqlandığınız layihələr haqda məlumat verirsiniz.
3. İlkin dəyərləndirmədən sonra müraciətiniz seçdiyiniz tyutorlara göndərilir
4. Tyutora sizinlə işləmək maraqlıdırsa, sizinlə əlaqəyə keçib, tanış olur.*
5. Tyutor sizinlə işləməyə qərar verirsə, bunu sizə (və bizə) bildirir.
6. Üç ay müddətində tyutorun rəhbərliyi altında layihəni icra edirsiniz.
* Başlanğıcda proqramda iştirak edən tyutorların sayı məhdud olduğundan istədiyiniz layihədə iştirak etmək şansı əldə etməyə bilərsiz. Lakin bu sizi ruhdan salmamalıdır, proqram inkişaf etdikcə daha çox tyutor prosesə qoşulacaq və bu zaman istədiyiniz təcrübəni qazanmaq şanslarınız artacaq. Ona qədər layihələrə göz gəzdirib etmək istədiyiniz layihələrdə hansı bacarıqların lazım olduğunu öyrənə və vaxtınızı bu bacarıqları əldə etməyə sərf edə bilərsiniz.
Cari Layihələr
Hal-hazırda tələbələrin müraciətləri üçün açıq olan layihələr aşağıdakı siyahıda göstərilmişdir. Siyahıdakı layihələr və onların müəllifləri ilə bağlı daha ətraflı məlumat üçün müvafiq səhifələri ziyarət edə bilərsiniz.
Gender siyasətinin təhlili və təlimatların inkişaf etdirilməsi
Nəzakət Əzimli və İlahə Abaslı
Elmi daha geniş kütləyə çatdırmaq üçün vizual kommunikasiya metodlarından necə istifadə etmək olar?
Eşitmə sistemi səsi küydən necə ayırır?
Mitoxondrinin genetik tərkibi hüceyrəyə necə inteqrasiya olunur?
Fərqli alqoritmlər tək hüceyrədən alınan genetik datanın analizində necə istifadə olunur?