Müjgan Abdulzadə

Müjgan Abdulzadə

İnfoqrafika dizaynı

  • Biznesin idarə edilməsi (Marketinq), BA, ADA Universiteti, 2018.
  • Dizayn (Qrafik dizayn, informasiya dizaynı), MA, Anhalt Tətbiqi Elmlər Universiteti, 2020.

Vizual dizayn disiplinində çalışan biri olaraq əsasən dataviz (datanın vizuallaşdırılması), qrafik dizayn, redaksiya dizaynı sahələrində ixtisaslaşmışam. “Man as Default: Revealing gender bias in pictograms” magistr tezisimi piktoqramlarda gender qərəzininin araşdırılması mövzusunda etmişəm. 2018-ci ildə Tbilisidə yerləşən Forset təşkilatının Data Kommunikasiyası təqaüdünü qazanaraq Eurasia Data hekayələri platforması üçün data hekayəsi tərtibatı ilə məşğul olmuşam. Bu təcrübədən sonra, magistr təhsilimlə bərabər informasiya dizaynı sahəsində təcrübəmi artırmaq üçün @iwoulddatayou instagram səhifəmdə fəaliyyətə başlamışam. Hazırda professional fəaliyyətimi Almaniyada AERQ texnologiya startupında qrafik və infoqrafika dizayneri olaraq davam etdirirəm. Bundan əlavə, bir sıra təşkilatların jurnal nəşri, sərgi dizaynı layihələrində dizayn araşdırmaçısı kimi iştirak edirəm.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top