Rəşad Yusifov

Rəşad Yusifov

Biologiya – Neyroelm

  • Təbiət elmləri, BSc, McGill Universiteti, 2014
  • Neyroelm, MSc, Göttingen Universiteti, 2016
  • Neyroelm, PhD, Göttingen Universiteti, 2020

Ümumi olaraq neyrobiologiya və farmakologiya üzrə ixtisaslaşıram. Son 5 ildə, neyroelm sahəsində, xüsusilə də müxtəlif beyin görüntələmə metodlarından istifadə edərək beynin anatomik və funksional plastikliyini araşdırmışam. Beynin plastikliyi onu əmələ gətirən neyronlararası əlaqələrin mühitdə olan dəyişikliklərdən asılı olaraq dəyişməsini öyrənməklə ölçülür. Doktorantura tədqiqatlarım vaxtı beynin yaşla əlaqədər plastikliyini itirməsini və buna səbəb olan molekulyar prosesləri tədqiq etmişəm. Daha əvvəllər, magistratura təhsilim ərzində insanlarda beyin görüntələmə və stimulasiya metodlarıyla tanış olmuş, bakalavrda isə potensial dərman kandidatlarının beyin xərçəngi hüceyrələri üzərində təsirini təcrübədən keçirmişəm. Araşdırma apardığım sahələrdən əlavə, elmi bilginin kliniki və sənayi tətbiqi, elmi datanın elmi sferadan kənarda olan insanlara müxtəlif yollarla anlaşıqlı və cəlbedici şəkildə çatdırılması, elm və incəsənət arasındakı potensial qovşaqlar və s. kimi digər mövzularla da maraqlanıram.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top