Azərbaycan dilində hərflərin nisbi işlənmə tezliyi necədir? Bəs şəkilçilərin?

Bu həftənin sualı Azərbaycan dilinin daxili quruluşu ilə bağlıdır. İki sualımız var: Azərbaycan dilinin əlifbasında olan hərflərin Azərbaycan dilində nisbə işlənmə tezliyi nə qədərdir? Bəs şəkilçilərin?

Bu suala cavab vermək üçün əlinizdə Azərbaycan dilini özündə aşağı-yuxarı əks edən dil korpusu adlanan mənbə olmalıdır. Dil korpusları özlərində dilin çox sayda örnəklərini ehtiva edən nəhəng mətn toplularıdır. Bu toplunun içindəki dil örnəkləri nə qədər müxtəlif çeşidli olarsa, dilin həqiqi quruluşunun analizi həqiqəti bir o qədər yaxından əks etdirir. Hərflərin nisbi tezliyini mətn toplusundan tapmaq o qədər də çətin olmasa da, şəkilçiləri tapmaq yəqin ki, bir qədər vaxtınızı alacaq. Birinci sual üçün korpusdakı mətni hərflərə çevirməli və hər hərfin korpusda neçə dəfə işləndiyini tapmalısınız. Bu əməliyyatı hər hərf üçün etdikdən sonra hərflərin nisbi tezliklərini tapa bilərsiniz. Şəkilçilər üçün də oxşar yanaşma tətbiq edə bilərsiniz, amma bu o qədər də asan olmayacaq. Axtarışınızda uğurlar arzulayırıq!

Suala cavab olaraq 32 hərf və onların istifadə tezliklərini göstərən birinci cədvəli, şəkilçi və onların nisbi tezliklərini göstərən ikinci cədvəli verməlisiniz. Şəkilçilərin çoxluğundan ən çox işlənən ilk 30 şəkilçini tapsanız kifayət edər. Bundan əlavə hansı korpusdan istifadə etdiyinizi və şəkilçiləri tapmaq üçün istifadə etdiyiniz yanaşmanı da bizimlə paylaşmağınızı rica edirik. Ən yaxşı və dəqiq cavab verən iştirakçıya sualla əlaqəli, heç vaxt unutmayacağı bir hədiyyə göndərəcəyik.

Posts created 261

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top