Azərbaycan dilində hərflərin nisbi işlənmə tezliyi necədir? Bəs şəkilçilərin? (cavab)

Həftənin sualı rubrikası çərçivəsində verdiyimiz 6-cı sual Azərbaycan dilində hərflərin işlənmə tezliyi ilə bağlı idi. Oxucularımızdan sualımıza cavab almadığımıza görə, öz cavabımızı sizə təqdim edirik.

Qrafikdə göstərilən faizlər SketchEngine-dən əldə etdiyimiz 94 milyon sözlük Azərbaycan dili korpusundan əldə edilmişdir.1 Korpusda Azərbaycan dilində dərc olunan xəbər saytlarından alınmış mətnlər yer alır. Qeyd etmək lazımdır ki, hərf tezlikləri istifadə olunan mətnin mənbəyindən, zamandan və bir sıra digər faktorlardan asılı olaraq dəyişə bilir. Hərf tezliklərinin istifadə edildiyi bir yer yazı dilinin təyinidirsə, başqa bir istifadəsi Scrabble kimi söz oyunlarıdır. Hərf tezliklərindən istifadə etmək istəyənlər aşağıdakı cədvəldən istifadə edə bilərlər.

HərfTezliyi
a0.1026036225
b0.02685326668
c0.009929504745
ç0.007354979016
d0.04825416199
e0.02442198917
ə0.09873060496
f0.00698312705
g0.006719056622
ğ0.004897483123
h0.01230978278
x0.00757926137
ı0.03607176319
i0.09991210517
j0.0005526303576
k0.02331409929
q0.0174293031
l0.06388114985
m0.03931014263
n0.07460426332
o0.01946283374
ö0.007517198669
p0.005723252146
r0.06967775896
s0.03549433898
ş0.01459346996
t0.03518182016
u0.02356978984
ü0.0171353478
v0.01458672655
y0.03011464577
z0.01523052051

Sualın digər hissəsi olan şəkilçilərin istifadə tezliyi isə daha çətin problemdir və bu problemə hələlik heç bizim də həllimiz yoxdur.


  1. Korpusu bizimlə paylaşdığına görə SketchEngine-ə minnətdarlığımızı bildiririk.

Posts created 232

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top