Ayrı-ayrı fərdlərin bir araya gəlib yuxarı səviyyəli bir vahid olaraq çalışmasına imkan yaradan şeylər nələrdir?
Azərbaycanın geologiyası üzrə resurslar
Türkiyədə və Suriyada baş verən güclü zəlzələnin bizdə də yaratdığı ani fərqindəlikdən istifadə edərək izləyicilərimizlə Azərbaycanın geologiyası ilə bağlı bəzi resursları paylaşmaq istəyirik. Resursları əldə etdikcə bu səhifəyə əlavə edəcəyik. Kitabları və məqalələri yükləmək üçün şəkillərə basmağınız kifayət edir. Qafqazdakı seysmik vəziyyətlə bağlı ümumi bir görüntüyə sahib olmaq üçün bu icmal məqaləsinə nəzər sala bilərsiniz: […]
İnsan davranışları haqda bilinən şeylərə hörmət edən sosial media platforması necə olar?
Daha yaxşı sosial media platforması nəyə oxşayar?
SSRİ Dağılandan Sonra Nə Baş Verdi?
SSRİ-nin dağılmasının nəticələrinin analizi: rəqəmlər nəyi deyir?
Kimin xəstəliyi daha vacibdir?
Ürək-damar xəstəlikləri qadınlarda daha az diaqnoz olunur və buna görə də bəzən “kişi xəstəliyi” kimi görülür. Halbuki, araşdırmalar göstərir ki, əslində qadınlarda ürək-damar xəstəliklərindən dolayı ölüm nisbəti kişilərlə müqayisədə daha yüksəkdir. Tibbi və bioloji elmlərdə diskriminasiyanın kökündə nə dayanır?
Azərbaycan dilində hərflərin nisbi işlənmə tezliyi necədir? Bəs şəkilçilərin?
Azərbaycan dilində hansı hərflər nə qədər işlənir? Bəs şəkilçilərdən hansıları daha çox işlənir?
Keçmişdəki iqlim şəraitini öyrənmək üçün ən effektiv metod sizcə hansıdır və niyə?
İqlim qısaca havanın uzunmüddətli statistikasıdır (bax: Alışbəyli (2019)). Hava kimi iqlim də qalıcı, əllə tutula biləcək bir şey deyil. Lakin iqlim şəraiti konkret fiziki faktorların qarşılıqlı əlaqəsi nəticəsində yarandığından və öz növbəsində konkret fiziki faktorlara təsir etdiyindən onun necə olduğu ilə bağlı uzun illər sonra da fikir bildirmək olur. İqlimin öyrənilməsində Antarktidadan çıxarılmış uzun buz […]
Piyada ölümləri, mövcud risk faktorları və çıxış yolu
Yollarımız piyadalar üçün nə qədər təhlükəlidir? Təhlükənin mənbəyi kimlər və nələrdir və onları aradan qaldırmağın yolları nədir?
İqlim Dəyişikliyini Anlamaq
İqlim dəyişikliyi ilə bağlı hərəkətə keçmək üçün ilk öncə onun nə olduğunu dərindən anlamalıyıq. Belə bir anlayış nələr tələb edir?
Dialoq 1: Genotipdən Fenotipə Çıxan Pilləkən
Yuxarı quruluş səviyyələrində yaranan xassələri aşağı səviyyədəki məfhumlarla açıqlamaq olarmı? Klassik gen ideyası haradan gəlir və molekulyar biologiya və genetikada baş verən yeniliklər onu necə dəyişir?