Heç Nədən Yaranan Kainat

| Lawrence Krauss | Lawrence Krauss Arizona Dövlət Universitetində nəzəri fizika və kosmologiya professorudur. Akademik işlərindən əlavə, Krauss tez-tez müzakirə və debatlarda iştirak edir, elmin populyarlaşmasına dair işlər görür. “Heç Nədən Yaranan Kainat”ı (ing. Universe from Nothing) müəllifin ən uğurlu kitabı saymaq olar. O, kitabda fizika qanunlarının kainatın yoxdan var olmasına imkan verdiyini anlatmağa, və […]

Entropiya

Entropiya sözü adətən nizam sözü ilə birlikdə işlədilir. Əlbəttə, gündəlik dilimizdə nizam sözünün nə mənaya gəldiyini bilirik, amma bu sözə obyektiv elmi tərif vermək üçün ilk öncə entropiyanın riyazi izahatını nəzərdən keçirtməliyik. Bu riyazi izahat nizam anlayışını informasiya anlayışı ilə əlaqəndirəcək və ətrafda baş verən proseslərə baxış bucağımızı xeyli dəyişdirəcəkdir.

Yaşlanmanın Genetik Səbəbləri

Müasir dövrdə, elmi tədqiqatın fəal aparıldığı inkişaf etmiş ölkələrin bir çoxunda əhalinin yaşlanması müşahidə olunmaqdadır. Dəyişən demoqrafik quruluş cəmiyyət üçün yeni şərtlər ortaya çıxarır ki, bunlardan biri də əhalinin yaşlı kəsiminin həyat keyfiyyətini yuxarı saxlamaq üçün tələb olunan tibbi xidmətin inkişafıdır. Bu şərtlər altında son illər yaşlanmanın elmi baxımdan araşdırılması genişlənmiş və yaşlanma  prosesinin necə […]

Qaynayan Çaydanın Sirləri

Səhər durursunuz, gözlərinizi ovuşdurub çayı hazırlamaq üçün ilk öncə çaydanı qızdırırsınız. Qısa müddətdə su qaynayacaq və çayınızı hazırlaya biləcəksiniz. Amma, suyun qaynamış olduğunu necə bilirsiniz? Ümumiyyətlə qaynama nədir? Qaynama zamanı nələr baş verir? Sizin üçün maraqlıdırsa, çayınızın həzzini çıxardaraq oxumağa davam edin.

Optogenetika

| Rəşad Yusifov | Beynin quruluşunu və işləyişini hüceyrə səviyyəsində öyrənmək olduqca məşəqqətli tapşırıqdır. Neyroelm tədqiq etdiyi sualları cavablandırmaq üçün çox həssas texnologiyalara ehtiyac duyur.

Neyronların “Dili”

Uzaqdan Baxış Gündəlik həyatda tez-tez rast gəldiyimiz şeylər bizim üçün, təbii olaraq, adiləşir. Qəssab ət kəsməyə, həkimlər xəstələrinin ölümünə, sevgililər bir-birilərinin üzlərinə, elm adamları isə mikrometr (10-6 m) miqyasında işləməyə öyrəşir. Lakin, arasıra, bir az uzaqlaşıb etdiyimiz işə kənardan baxmaqda, onun nə mənaya gəldiyini, nə kimi nəticələrə gətirib çıxardığını düşünməkdə fayda var. Günlərin bir günü, […]

İçmişəm Çaxır, Sellər, Sular Axır!

Macduff: İçki hansı üç şeyi təşviq edir? Porter: Bəs necə cənab, əlbəttə ki, qızarmış burun, yuxu və sidik. Şəhvət hissini isə, cənab, o, həm təşviq edir, həm də basqılayır: yəni, istəyini təşviq edir, amma, icrasını basqılayır. “Macbeth”, William Shakespeare Yəqin heç bir kəs şübhə etməz ki, alkoqolun kəşfindən ta günümüzə qədər bir çox bəni-adəm içib-içib, […]

Universal Qrammatika

Dillərin mənimsənilmə və öyrənilmə məsələsi, xüsusi ilə də bu prosesin anadangəlmə faktorlara əsaslanması, yoxsa ətraf mühitin təsiri ilə baş verməsi hər zaman dilçilər arasında fikir ayrılığına səbəb olmuşdur. Bu kimi sualların cavabını özündə birləşdirən nəzəriyyələrdən biri də Chomsky-nin irəli sürdüyü Universal Qramatika nəzəriyyəsidir. Bu yazımızda Universal Qramatikaya səthi bir baxış edəcəyik, onun əsasını təşkil edən […]

Mendeleyev və Rus Vodkası

Fizika deyərkən orta-statik insanların ağlına çox güman Einstein və onun nisbilik prinsipi, Kimya deyərkən isə Mendeleyev və elementlərin dövri cədvəli gəlir. Lakin çox insan Einstein’ın nisbilik nəzəriyyəsinə görə deyil, fotoelektrik effekti haqqındakı araşdırmasına görə nobel mükafatı aldığını bilmədiyi kimi, Mendeleyevin PhD tezisinin elementlərin dövri sistemi deyil, etanol-su qarışığı haqqında olduğunu, çox güman, bilmir. Bu tezisə […]

Bizi birləşdirən, eyni zamanda, fərqləndirən dəyər: DNT İkili Sarmalı (2-ci Hissə)

| Sadiq Niftullayev | İkinci hissəni nə estetik gözəllik, nə də ağıl-kamal cəhəttən kasadlıq yaşamayan bir xanımın bu valeh edici şəkli ilə başlayırıq. Ümidvarıq ki, ötən saydan bu saya Chase’in acı taleyindən tutmuş, DNT-nin fosforla aşıb daşan tərkibinə, habelə, evində oturduğu yerdə “başına bomba düşmüş” Frederick’dən ta Hershey-Chase təcrübəsindəki mətbəx blenderinədək bir çox detal barədə düşünmək imkanınız olub.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top