SSRİ Dağılandan Sonra Nə Baş Verdi?

SSRİ-nin niyə dağıldığı tarixçilərin hələ uzun müddət araşdırmağa davam edəcəyi növdən açıq sonluqlu suallardan biridir: bu, bəzən iddia edildiyi kimi, qarşısıalınmaz bir proses idimi, yoxsa lazımi tədbirlər görülsəydi bunun qarşısını almaq olardımı? SSRİ-nin qalıqları üzərində böyümüş bir nəsil olaraq bizi maraqlandıran əsas məsələlərdən bəziləri bu hadisənin nələr ilə nəticələndiyi, bizim coğrafiyamızın və bütövlükdə dünyanın tarixi trayektoriyasına necə təsir etdiyidir. Paraqrafın əvvəlindəki suallardan fərqli olaraq bu suala daha dəqiq cavab vermək mümkündür. SSRİ-nin tarixi ilə bağlı obyektiv faktları araşdırmaq bizə post-Sovet məkanında son 30 ildə satılmış iddiaları daha tənqidi şəkildə dəyərləndirmək imkanı verəcək. Mövzuya öz şəxsi qərəzlərimizin təsirini azaltmaq üçün bu sahədəki analizlərimizdə datanı şərh etməyəcək, datanı hamının razılaşdığı mənbələrdən (məsələn, Dünya Bankı) əldə etməyə çalışacağıq. Lakin aşağıdakı örnəkdən də görəcəyiniz kimi, inanmamağa yaxşı səbəblərimizin olduğu datanı analizdən çıxarmaqdan da çəkinməyəcəyik.

İlk analizimizin nəticələrini aşağıda təqdim edirik. Burada təsvir olunan rəqəmlər Dünya Bankının saytından əldə olunmuşdur. Əhalinin sayı 1991-ci ildəki səviyyəsinə nəzərən bölünərək normallaşdırılmışdır. Analizdə istifadə olunan datanı və kodu GitHub hesabımızdan əldə edə bilərsiniz. Sual ətrafında analizlər aparmaq üçün bizə qoşulmaq istəyirsinizsə Əlaqə bölümündən bizimlə əlaqəyə keçə bilərsiniz.


Western Bloc – Qərb Bloku (göy)

Eastern Bloc – Şərq Bloku (qırmızı)

Y oxu – Normallaşdırılmış əhali

X oxu – İllər

Qalın xətlər – ölkələrin ədədi ortası

Avropada demoqrafik dəyişmə – SSRİ dağılandan əvvəl və sonra

Qeyd: Özbəkistan, Tacikistan, Azərbaycan, Türkmənistan, Qırğızıstanla bağlı Dünya Bankı databazasındakı məlumatların düzgünlüyündən əmin olmadığımız üçün bu ölkələrin göstəriciləri qrafikdə göstərilməyib. Sadalanan ölkələrin hər biri SSRİ-nin dağılmasından sonra həddən artıq şübhəli dərəcədə böyük əhali artımı qeydə alıb.

Posts created 25

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top