Tyutorluq Proqramı

Elmi Spektr Tyutorluq Proqramı

ESTP Azərbaycanda oxuyan tələbələrin praktiki təcrübə alması üçün yaradılmışdır. Proqramın əsas məqsədi, kiçik miqyasda olsa belə, elmin müxtəlif sahələri üzrə çalışan mütəxəssisləri və Azərbaycandakı tələbələri, qeyri-funksional institutlardan müstəqil bir platformada, məhsuldar elmi əməkdaşlıq çərçivəsində bir araya gətirməkdir. Tələbələr həyata keçirdikləri 3 aylıq layihələr üzərindən öz maraqlarını kəşf edəcək, proses zamanı maraqlandığı sahələri daha dərindən öyrənəcək, hazırkı təhsil sistemində yeri olmayan yaradıcılıqlarını nümayiş etdirə biləcəklər. Tyutorlar tələbələr  və digər tyutorlarla əlaqədə sosial çevrələrini genişlədəcək, işlərində əlavə dəstək alacaq, pedaqoji təcrübə qazanacaq və çalışdıqları sahəyə ən vacib töhfə olan yeni kadrların inkişafında iştirak edəcəklər.

Homines dum docent discunt.

Məlumat Mərkəzi

Proqram haqda məlumat almağın bir sıra yolları var. Proqram haqda ümumi məlumat almaq istəyirsinizsə məlumat kitabçalarına, qaydalarla daha yaxından tanış olmaq istəyirsinizsə proqramın işləyişini təsvir edən nizamnaməyə nəzər salın. Yaranan suallarınızı aşağıda göstərilən əlaqə vasitələri ilə bizə göndərə bilərsiniz.

Email siyahısı

Email siyahımızda qeydiyyatdan keçərək yeni əlavə olunan layihələrlə bağlı məlumatı, bitən layihələrin nəticələrini və proqramla bağlı başqa məlumatları birbaşa emailinizdə əldə edə bilərsiniz.

Məlumat kitabçaları

ESTP nizamnaməsi proqramın necə işlədiyini ən ətraflı təsvir edən sənəddir. Proqram inkişaf etdikcə bu sənəd də inkişaf edir. Vermək istədiyiniz sualların çoxuna cavabı buradan tapa bilərsiniz.

Əlaqə

Əgər buradakı mənbələrdən suallarınıza cavab tapa bilməmisinizsə, [email protected] ünvanına email yazaraq suallarınızı birbaşa bizə verə bilərsiniz.

Cari Layihələr

Hal-hazırda tələbələrin müraciətləri üçün açıq olan layihələr aşağıdakı siyahıda göstərilmişdir. Siyahıdakı layihələr və onların müəllifləri ilə bağlı daha ətraflı məlumat üçün müvafiq səhifələri ziyarət edə bilərsiniz.

Fluoroforlardan sensor dizaynı və onun tibbdə tətbiqi

Gender siyasətinin təhlili və təlimatların inkişaf etdirilməsi

Nəzakət Əzimli və İlahə Abaslı

Elmi daha geniş kütləyə çatdırmaq üçün vizual kommunikasiya metodlarından necə istifadə etmək olar?

Eşitmə sistemi səsi küydən necə ayırır?

Fərqli alqoritmlər tək hüceyrədən alınan genetik datanın analizində necə istifadə olunur?

Necə İşləyir?

1. Yuxarıdakı qeydiyyat formunu doldurub özünüz və layihə haqda məlumat verirsiniz.

2. İlkin dəyərləndirmədən sonra profiliniz yaradılır, layihə sayta yerləşdirilir və müraciətlər üçün açılır.

3. Aldığımız müraciətlər arasından ən dolğun və potensiallı olanları sizə yönləndiririk.

4. Seçdiyiniz tələbələrlə görüşdükdən sonra ən uyğun saydığınız bir nəfəri seçirsiniz.

5. Üç ay müddətində tələbə ilə birlikdə layihəni icra edirsiniz.

1. Saytdakı layihələrə nəzər salıb maraqlandığınız layihələrlə bağlı ətraflı məlumat alırsınız.

2. Yuxarıdakı qeydiyyat formunu doldurub özünüz və maraqlandığınız layihələr haqda məlumat verirsiniz.

3. İlkin dəyərləndirmədən sonra müraciətiniz seçdiyiniz tyutorlara göndərilir

4. Tyutora sizinlə işləmək maraqlıdırsa, sizinlə əlaqəyə keçib, tanış olur.*

5. Tyutor sizinlə işləməyə qərar verirsə, bunu sizə (və bizə) bildirir.

6. Üç ay müddətində tyutorun rəhbərliyi altında layihəni icra edirsiniz.

* Başlanğıcda proqramda iştirak edən tyutorların sayı məhdud olduğundan istədiyiniz layihədə iştirak etmək şansı əldə etməyə bilərsiz. Lakin bu sizi ruhdan salmamalıdır, proqram inkişaf etdikcə daha çox tyutor prosesə qoşulacaq və bu zaman istədiyiniz təcrübəni qazanmaq şanslarınız artacaq. Ona qədər layihələrə göz gəzdirib etmək istədiyiniz layihələrdə hansı bacarıqların lazım olduğunu öyrənə və vaxtınızı bu bacarıqları əldə etməyə sərf edə bilərsiniz.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top