Azərbaycanda insanların təbii fəlakətlərə real hazırlıq səviyyəsinin nə dərəcədə olduğunu təxmin etmək çətindir, lakin son 30 ilin təcrübəsindən görünən odur ki, eynilə Türkiyədə olduğu kimi bizdə də idarəsini itirmiş tikinti partlayışı nəticəsində növbəti dəfə baş verəcək zəlzələnin nəticələrinin çox ağır olacağını təxmin etmək mümkündür. Zəlzələ ilə bağlı məktəblərdə və iş yerlərində mütəmadi olaraq keçirilməli olan […]
Milli kitabxanada hansı kitablar var?
Milli Kitabxananın fəaliyyətinin 100-cü ilində bu kitabxanada Sovet dövrünə aid kitabların siyahısını çıxarıb ictimaiyyətlə paylaşırıq. Cədvəldə bu dövrə aid kitabxananın kataloquna daxil edilmiş 111 166 kitabın kataloq nömrəsi, adı, müəllifi, nəşr ili, dijitallaşdırılma statusu və nəşriyyatı haqda məlumatlar yer alır. Düşünürük ki, kitab siyahısının bu formatda əlçatan olması kitabxana istifadəçilərinə və tədqiqatçılara kitabxananın resursları haqda […]
İnsan hüquqlarına yenidən baxış – ictimai dəyərləndirmə cəhdi
İnsan hüquqları bəyənnaməsinə doğrudanmı ancaq neqativ azadlıqlardan ibarətdir? Yoxsa sənəddə başqa şeylər də var?
Tədqiqatsız ölkədə elm təhsili
Praktika komponentinin olmadığı təhsil, ən yaxşı halda yarımçıqdır, ən pis halda vaxt itkisidir. Bəs praktikanı təhsilə inteqrasiya etmək üçün nələr etmək olar?
Elmi Spektr 5 yaşında: gələcəyə baxış
Elmi-kütləvi jurnaldan açıq elmi platformaya keçid və gələcək planlar.
Latın-əlifbalı dillərdən alınan xarici adların yazılışı üzərinə
Xarici adların Azərbaycan dilindəki yazılışını niyə dəyişdirməliyik? Hazırkı qaydalar nə qədər düzgündür və dəyişdirmək bizə nə verə bilər?
Alınma xüsusi isimlərin Azərbaycan dilində yazılışı normaları
Alınma xüsusi isimlərin qəbul olunmuş normaları ilə bağlı açıq müzakirələr aparılmış və mövqe məqalələri dərc edilmişdir. Habitat Tərcümə Layihəsinin (HTL) üzvlərinin bu müzakirələrdə mövqeyi bundan ibarətdir ki, hal-hazırda qəbul edilmiş müvafiq normalar yetərsizdir. Bu səbəblə, layihənin mətnləri üçün yeni, dilin gələcəkdə daha da standartlaşmasına xidmət edəcək normalardan istifadə edilir. Bu mövzu barəsində konkret qaydaların olmamasından […]
Yeni Koronavirusla Mübarizə Üçün Azad Resurslar (yenilənir)
Koronavirusla mübarizə üçün azad mənbə (open source) icması yeni həll yolları istehsal edib, ənənəvi istehsalçıların ödəyə bilmədikləri tələbatın ödənməsinə töhfə verirlər. Bu səhifədə mövcud həll yollarına keçidlər yerləşdirmişik, təlimatları izləyib siz də virusla mübarizəyə töhfə verə bilərsiniz.
Koronavirusla bağlı bilməli olduğunuz şeylər
Koronavirusla bağlı ətrafda çoxlu fikirlər dolaşır. Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı bu infoqrafiklərdə yeni virusla bağlı tez-tez verilən bəzi suallara cavablar, yanlış anlaşılmaların olduğu yerlərə aydınlıq gətirilir.
Düzgün Yazılışa Doğru
Oxuduğunuz mətnlərdəki biabırçı dərəcədə saysız-hesabsız olan yazı səhvlərindən bezmisiniz? Dilimizdə keyfiyyətli resursların olmamasından şikayətçisiniz? Biz də. Onda gəlin bu problemi birlikdə həll edək.