Azərbaycanı xəritələrlə anlamaq

Çoxumuzun ölkədə baş verənlərə qarşı müəyyən fikirləri olsa da, bu fikirlərin çoxu heç bir konkret məlumata, xüsusilə də ortaq şəkildə əlimizin çata biləcəyi dataya əsaslanmır. Məsələn, Azərbaycan su resursları üçün hansı ölkələrdən nə qədər asılıdır? Və yaxud, Azərbaycan ərazisi ilə bağlı 2040-70-ci illərlə bağlı iqlim təxminləri necədir? Bu və bu kimi suallara cavab tapmaq istəyənlərin gedib məlumat ala biləcəyi heç bir yer yoxdur. Belədə, su, hava, iqlim kimi həm ekoloji həm də geopolitik baxımdan həyati olan faktorların ölkəyə təsiri haqda da çox adamın heç bir fikri olmur. Təbiətlə bağlı məlumatlar olmadan isə, hər hansı bir yerin necə işlədiyi ilə bağlı sağlam fikir yaratmaq isə xəyaldan başqa heç nə deyil.

İddiamız budur: Daha böyük kütlənin ətrafımızda olub-bitənləri başa düşməsi üçün təbiətin dinamikası ilə bağlı məlumat anlaşılan formatda bir araya yığılmalıdır. Bunun doğru olub-olmadığını yoxlamaq üçün yaratdığımız Elmi Spektr Kartoqrafiya saytı məhz bəzi kritik hesab etdiyimiz məlumatları vizual formada özündə cəmləşdirir. Niyə məhz xəritə? Çünki bəzi məfhumları anlamağın ən yaxşı yolu onların məkanda necə paylandığını görməkdir. Coğrafi paylanma məlumatı piyada ölümlərindən tutmuş iqlim dəyişikliyinə qədər bir çox məsələni daha yaxşı anlamağımız üçün çox sayda məqalədə və başqa yazılı materiallarda toplanan məlumatları bir göz qırpımında oxucunun göz önünə sərir. Məsələn, piyada ölümlərinin baş verdiyi yerləri Bakının xəritəsində bir-bir qeyd etsək (ki, bu da çəkmək istədiyimiz xəritələrdəndir), təhlükəli ərazilərin hansılar olduğu ilə bağlı, onların yerləşməsindəki qanunauyğunluqların nə olduğu ilə bağlı yüzlərlə ayrı-ayrı məqalədə toplanmış məlumatı daha rahat şəkildə anlaya bilərik. ES Kartoqrafiya eyni zamanda bir data toplama çalışmasıdır. Hamıya açıq şəkildə toplayıb paylaşacağımız data gələcəkdə əlaqəli mövzularda tədqiqat aparanlar üçün bir resursa çevriləcək.

Posts created 233

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top