Azərbaycan dilində yazı (və ya imla) yoxlayıcı düzəltmək üçün nələr lazımdır?

Azərbaycan dilinin qrammatikası çoxlarımız üçün məktəb illərində testlərdə düzgün cavabları tapmaq xətrinə əzbərləməli olduğumuz bir şey kimi yadda qalıb. Lakin bu heç də belə olmalı deyil. Azərbaycan dili zəngin şəkilçilərə malik olub bu şəkilçilər vasitəsilə bir sözdən minlərlə söz yarada bilən bir qrammatikaya sahibdir ki, bu da onu quruluş baxımından çox maraqlı və kompleks edir. [Müəllimlərimiz bizə bu qaydalar toplusunu əzbərlətməkdənsə, qaydalardan istifadə edərək nələrsə etməyi öyrətsəydilər bəlkə də bu sözlərin əmələ gətirdiyi tapmacanı açmaq hamıya maraqlı olardı, elə deyilmi?] Sözdəki şəkilçilər müəyyən qanunauyğunluqlarla birləşərək birləşdikləri sözü səslənən fikirdə müəyyən yerə yerləşdirirlər. Azərbaycan dilində bir çox sözün ala biləcəyi minlərlə forma olduğundan və ya sadəcə bəzən diqqətsiz olduqlarından insanlar bu sözləri tez-tez səhv yazırlar. Bu həftənin sualı budur:

Yazılışda buraxılan səhvləri düzəltməyi bir maşına öyrətmək üçün, (başqa sözlə, müstəqil şəkildə imla yoxlaya bilən bir maşın düzəltmək üçün) bizə nələr lazımdır?

Sualı cavablamaq üçün dilçi, proqramçı və s. olmağınıza ehtiyac yoxdur. Sadəcə yanlış yazılmış bir mətnin düzəldilməsi zamanı tam olaraq nələr edirik və bu zaman hansı bilgilərdən istifadə edirik sualları barədə düşünsəz, müəyyən həll yolu öz-özünə ortaya çıxacaqdır. Misal olaraq bu üç sözü düzgün yazılışına neçə çevirərək prosesi necə avtomatlaşdıra biləcəyiniz barədə düşünə bilərsiniz:

  • evdrlaşdırıldığınnan (evdarlaşdırıldığından)
  • Pishik pencereden tullandi (Pişik pəncərədən tullandı)
  • Senin deyisheceyin teker ondedi (Sənin dəyişəcəyin təkər öndədir.)

Cavabınızı bu formda qeyd edə bilərsiniz. Cavablar arasından ən yaxşıları saytda sərgilənəcək, ən yaxşısının müəllifinə isə kiçik amma mənalı bir hədiyyəmiz olacaq.

Posts created 233

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top