Şəbəkə korporasiyalarından rəqəmsal bağçalara

Elmi Spektr (ES) yarandığı dövrdən bu yana sosial şəbəkələri (əslində “şəbəkə korporasiyaları” adlandırmalı olduğumuz şeyləri) ikincili vasitə olaraq görmüş, əsas işi olaraq öz internet məkanını, rəqəmsal bağçasını yaratmağa çalışmışdır. Saytımız bizə şəbəkə korporasiyalarının vermədiyi məzmun imkanlarını və azadlıqlarını verir. Saytımızı ziyarət edən oxucularımız isə Silikon Vadisində hansısa nəhəng korporasiyaların pul qazanmaq üçün dizayn etdiyi filtrlərindən […]

Hava keyfiyyətinə ictimai nəzarət

Hava keyfiyyətinin izlənməsi üçün Azərbaycanın müxtəlif şəhərlərində yerləşdirməyi planlaşdırdığımız sensorlardan birincisini artıq əldə edib sınaqdan keçirdik. Almaniyanın Open Knowledge Foundation adlı təşkilatının Code for Germany adlı layihəsi çərçivəsində inkişaf etdirilmiş bu sensorlar havanın temperaturu, təzyiqi və rütubəti ilə bərabər, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1-ci dərəcəli karsinogen (xərçəng əmələgətirən) hesab olunan hava hissəciklərinin (PM2.5 və PM10) […]

Campbell Biologiyanın yeni bölümü

Campbell Biologiya kitabının yeni bölümü hazırdır! Bitki struktur və funksiyasını əhatə edən 5 fəsildən (35-39-cu fəsillər) ibarət 130 səhifəlik bu bölümü saytımızdan yükləyib oxuya və tanışlarınızla paylaşa bilərsiniz:https://elmi-spektr.com/habitat/campbell-biologiya/Kitabın üz qapağındakı yarpaqlar Azərbaycanın cənubuna və İranın şimalına endemik olan və nəsli tükənmək təhlükəsi ilə qarşı-qarşıya olan (və Azərbaycanın Qırmızı Kitabında olan) Parrotia persica (dəmirağac) bitkisinə aiddir. […]

HTLCB2 – Korrektor (elan)

Ümumi məlumat Habitat Tərcümə Layihəsi (HTL) müasir elmi dərslikləri Azərbaycan dilinə qazandırma məqsədi daşıyan layihədir. Layihənin hazırkı mərhələsində Campbell Biologiya kitabının Azərbaycan dilində nüsxəsi hazırlanmaqdadır. Kitab haqda saytımızdan daha ətraflı məlumat ala bilərsiniz. Korrektor işinin təsviri Mətnin tərzinin sabitləşdirilməsi və oxunaqlığın artırılması Cümlə quruluşları və qeyri-elmi söz seçimlərinə müdaxilələr edərək mətnin oxunaqlığını artırmaq, onu qrammatik […]

HTLCB2 – Elmi Redaktor (elan)

Habitat Tərcümə Layihəsi çərçivəsində tərcümə olunan Campbell Biologiya kitabının bitki anatomiya və fiziologiyası bölümünün tərcüməsi üçün elmi redaktor axtarılır.

Canlı sistemlərə uzun vadədə stabilliklərini qorumağa imkan verən xassələri hansılardır? (cavab)

Təkamül ilə yeni canlılar əmələ gəlsə də, bu daha əvvəllər yaranmış canlılarıın birmənalı şəkildə tələf olacağı mənasına gəlmir; bəzi canlı formaları milyonlarla il fundamental olaraq dəyişmədən həyatda qala bilir. Bu uğur üçün vacib olan (ən azından bizim tapdığımız) iki xassə: canlıların bir-birilə əməkdaşlığı və quruluş baxımından sadəliyidir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt