Dillərin mənimsənilmə və öyrənilmə məsələsi, xüsusi ilə də bu prosesin anadangəlmə faktorlara əsaslanması, yoxsa ətraf mühitin təsiri ilə baş verməsi hər zaman dilçilər arasında fikir ayrılığına səbəb olmuşdur. Bu kimi sualların cavabını özündə birləşdirən nəzəriyyələrdən biri də Chomsky-nin irəli sürdüyü Universal Qramatika nəzəriyyəsidir. Bu yazımızda Universal Qramatikaya səthi bir baxış edəcəyik, onun əsasını təşkil edən […]
Ana Dilində Danışan Adam
Aldım qələmi əlimə ilk yazımı yazmaq üçün, amma başlıqdaca ilişib qaldım. Əslində, niyyətim bir neçə dildə danışan adamların bu dillər arasında necə keçid elədikləri və beynin bu funksiyanı necə həyata keçirdiyi haqda oxuduqlarımı sizlərlə bölüşmək idi. Bəlkə, gələcəkdə bu mövzuya toxunarıq, indi isə, “Ana dilində danışan adam kimdir?” sualına cavab verməyə çalışaq. Dilçilik elmində ana […]
Dilin Öyrənilməsində Kritik Dövrün Rolu
Müasir dövrdə xarici dillərin öyrənilməsinin əhəmiyyəti danılmazdır. Demək olar ki, hər birimiz ömrümüzün müxtəlif dövrlərində ikinci bir dil öyrənmə prosesi ilə üz-üzə qalmışıq. İnsanlar ikinci dili müxtəlif məqsədlər üçün öyrənsələr də, bir çoxlarımızın hədəfi ikinci dili o dilin daşıyıcısı kimi danışa bilməkdir. Bəs buna hansı dərəcədə müvəffəq olmaq olar? Bir insan ikinci dili öz ana […]
İki Dillilik
Bu yazıda dilçilik elmində ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb olan iki dillilik haqqında müxtəlif mənbələrə qısa şəkildə nəzər saldıqdan və onlar arasındakı fərqlilikləri diqqətə çatdırdıqdan sonra həqiqi iki dilliliyin mövcudluğunun mümkünlüyünü müzakirə edəcəyik. Həqiqi iki dillilik mümkünlüyü barəsində elmi ədəbiyyatda iki fərqli qütb olsa da, bu yazıda, məsələ barəsində şəxsi qənaətimi əsas alaraq bu […]