Əsas

Daha Ətraflı

Bu həftənin sualı son zamanlar xəbərlərdə gördüyümüz hadisə ilə bağlıdır. Sosial şəbəkələrdə də paylaşılan şəkillərdən də göründüyü kimi Kürün səviyyəsi qeyri-səciyyəvi dərəcədə aşağı düşüb. Bu dəfəki sualımız budur: Kürdə su səviyyəsinin bu qədər aşağı düşməsinə səbəb olan şey nələrdir? Bu azalma doğrudandamı qeyri-səciyyəvidir, yoxsa su səviyyəsindəki normal dalğalanmanın çərçivəsindədir?

Azərbaycanın su ehtiyatlarının böyük hissəsi xaricdən Azərbaycan ərazisinə axır. Bu hal isə su resurslarının idarə olunmasını eyni zamanda həm yerli həm də beynəlxalq bir məsələyə çevirir. Kənd təsərrüfatının məhsuldarlığı və ölkənin qida müstəqilliyi birbaşa olaraq su resurslarının düzgün idarə olunmasından asılıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytındakı məlumata əsasən:

Azərbaycanın ümumi torpaq fondunun sahəsi 8,641 mln. ha-dan artıqdır. Bunun 4,47 mln. ha-ı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 mln. ha-ı suvarılan torpaqlardır. Respublika ərazisinin 3,240 mln. ha-ı və ya 37,4 %-i istifadə olunmayan (şoranlaşmış, bataqlıqlaşmış, güclü eroziyaya uğramış, daşlı çay yataqları, qayalıqlar və.s.) torpaqlardır. [...] Respublikada torpaqların 36,4%-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalmışdır. Onun 14,1%-i zəif, 10,7%-i orta, 11,6%-i şiddətli dərəcədə yuyulmuş torpaqlardır. Azərbaycanın ayrı-ayrı regionlarının təbii şəraitindən və antropogen təsirlərdən asılı olaraq eroziya proseslərinin intensivliyi və forması müxtəlif dərəcədə inkişaf etmişdir. Odur ki, Mil və Qarabağ düzlərində torpaqların 30,8%-i, Quba-Xaçmaz zonasında 48,2%-i, Abşeron yarımadasında 40,3%-i, Şirvan düzündə 27,7%-i, Şəki-Zaqatala zonasında 55,7%-i eroziya proseslərinə məruz qalmışdır. Bura su, külək və irriqasiya eroziyasına məruz qalan bütün torpaqlar aiddir.

Torpaqların çirklənməsinin monitorinqi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Yuxarıdakı sitatdakı rəqəmlər su resurslarının istifadəsi və idarəsindəki boşluqların həcmindən xəbər verir, çünki şoranlaşmanın əsas səbəblərindən biri suvarma sistemlərinin düzgün quraşdırılmaması, eroziyanın əsas səbəblərindən biri isə bitki örtüyünün düzgün salınmaması və idarə olunmamasıdır-- bu da yenə də suvarma və su resurslarından asılıdır. Buna baxmayaraq ərazisinin 37.4%-i korlanmış torpaqdan ibarət olan bir ölkədə, torpaq ehtiyatlarının yenilənməsi, sağaldılması yerinə qorunub saxlanmış meşə örtüyünün qısamüddətli mənfəət üçün böyük həcmdə kəsildiyini görürük. Bu isə o deməkdir ki, gələcək nəsillər getdikcə həm qida müstəqilliyi baxımından daha zəif, həm də məhsularlıq baxımından aşağı olan, çox daha kasıb bir ölkədə yaşamalı olacaqlar. Ona görə də oxucularımızı bu və növbəti həftələrdə su və torpaq resursları haqda fərdi miqyasda araşdırmağa, bu haqda konkret faktları öyrənməyə və 37.4%-in səbəbləri haqda düşünməyə dəvət edirik.

Suala cavabınızı konkret faktlara və dəlillərə və əgər varsa, mövcud ədəbiyyata istinadən əsaslandırmağınızı xahiş edirik. Həmişə olduğu kimi, bu həftə də ən yaxşı cavabın müəllifinə mövzu ilə əlaqəli kiçik lakin mənalı bir hədiyyə göndərəcək, cavabı saytda yerləşdirəcəyik.

! Ekoloji Radar

  • Azərbaycanda şəxsi minik avtomobillərinin sayı təhlükəli sürətdə artmaqdadır. 2005-ci ildə bu rəqəm 458,840 idisə, 2018-ci il üçün bu rəqəm 1,118,480 olmuşdur. Fərdi minik avtomobilləri təkcə atmosferə parnik qazları atdıqlarına görə yox, həm də havanın keyfiyyətini azaltdıqlarına, daha yaxşı məqsədlərlə istifadə oluna biləcək ictimai məkanları daraltdıqlarına və həddən artıq asfaltlaşmaya yol açdıqlarına görə insanların sağlamlığına və digər canlıların yaşama mühitlərinə ən böyük zərər vuran amillərin sırasında öndə gedir.

Başqaları Yazırlar »

Məqalədə Abşeron yarımadasının potensial külək ehtiyatlarını təhlil edilir, Xəzər dənizində külək parkını qurmağın üstünlüklər və qarşısında duran müxtəlif maneələr nəzərdən keçirilir.

XX əsrdə feminizmin əsas əsərlərindən olan Simone de Beauvoir-ın “İkinci Cins” kitabında yer almış “Bioloji Məlumatlar” fəslinin icmalı. Fəsildə Beauvoir qadın-kişi bərabərsizliyini müdafiə edən, ona haqq qazandıran bir çox arqumentlərə və ehkamlaşmış fikirlərə qarşı çıxır, biologiyanı insanın, o cümlədən, qadının mahiyyəti, alın yazısı kimi qəbul edən mahiyyətçi zehniyyətə qarşı öz ekzistensialist mövqeyini ortaya qoyur.

Degrowth is a call to decolonize the social imaginary from the ideology of a one-way future consisting only of growth. Degrowth is not the same thing as recession. It is the hypothesis that we can achieve prosperity without economic growth.

As Marxist geographer David Harvey argues, forty years of neoliberalism has left the public totally exposed and ill prepared to face a public health crisis on the scale of coronavirus. What are the consequences of the spread of the new coronavirus on the capitalist mode of production?

Akademik İcmallar »

Severe acute respiratory syndrome coronavirus (SARS-CoV) and Middle East respiratory syndrome coronavirus (MERS-CoV) are two highly transmissible and pathogenic viruses that emerged in humans at the beginning of the 21st century. Both viruses likely originated in bats, and genetically diverse coronaviruses that are related to SARS-CoV and MERS-CoV were discovered in bats worldwide. In this Review, we summarize the current knowledge on the origin and evolution of these two pathogenic coronaviruses and discuss their receptor usage; we also highlight the diversity and potential of spillover of bat-borne coronaviruses, as evidenced by the recent spillover of swine acute diarrhoea syndrome coronavirus (SADS-CoV) to pigs.

For about 50 yr, ice cores have provided a wealth of information about past climatic and environmental changes. Ice cores from Greenland, Antarctica and other glacier-covered regions now encompass a variety of time scales. However, the longer time scales (e.g. at least back to the Last Glacial period) are covered by deep ice cores, the number of which is still very limited: seven from Greenland, with only one providing an undisturbed record of a part of the last interglacial period, and a dozen from Antarctica, with the longest record covering the last 800 000 yr. This article aims to summarize this successful adventure initiated by a few pioneers and their teams and to review key scientific results by focusing on climate (in particular water isotopes) and climate-related (e.g. greenhouse gases) reconstructions.

Benefits of increased size and functional specialization of cells have repeatedly promoted the evolution of multicellular organisms from unicellular ancestors. Many requirements for multicellular organization (cell adhesion, cell-cell communication and coordination, programmed cell death) likely evolved in ancestral unicellular organisms. However, the evolution of multicellular organisms from unicellular ancestors may be opposed by genetic conflicts that arise when mutant cell lineages promote their own increase at the expense of the integrity of the multicellular organism. Numerous defenses limit such genetic conflicts, perhaps the most important being development from a unicell, which minimizes conflicts from selection among cell lineages, and redistributes genetic variation arising within multicellular individuals between individuals. With a unicellular bottleneck, defecting cell lineages rarely succeed beyond the life span of the multicellular individual.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt