Platform21-in
Təmir Manifesti
- Əşyalarını daha uzunömürlü et.
- Əşyaları təmir etmək, onlara ikinci həyat vermək şansıdır. Atma, hazırla! Tullama, yağla! Təmir anti-istehlak deyil. Təmir anti- boş-yerə-əşyaları-zibilə-atmaqdır.
- Əşyalar təmir edilə biləcək şəkildə dizayn olunmalıdır.
- Məhsul dizaynerləri: Məhsullarınızı təmir edilə biləcək şəkildə hazırlayın. DIY (“Özün-Elə”) təmirlə bağlı aydın və başa düşülən məlumatlar paylaşın.
- İstehlakçılar: Təmir oluna bilən şeylər alın, yoxdursa, belə şeylərin niyə olmadığını araşdırın. Tənqidi yanaşın və sual edin.
- Təmir əvəzetmə deyil.
- Əvəzetmə işləməyən hissəni atmaqdır. Burada söhbət bu növ təmirdən getmir.
- Əşyanı öldürməyən şey, onu daha da güclü edir.
- Hər dəfə nəyisə təmir edəndə, onun potensialına, tarixinə, ruhuna və gözəlliyinə bir şeylər qatırıq.
- Təmir yaradıcı məsələdir.
- Təmir fantaziyamız üçün xeyirlidir. Yeni üsullardan, alətlərdən və materiallardan istifadə qarşımızda dalanlar yox, yeni imkanlar açır.
- Təmir modadan daha uzunömürlüdür.
- Təmirin stillə və ya moda ilə əlaqəsi yoxdur. Təmir oluna bilən əşyaların son istifadə tarixi olmur.
- Təmir etmək kəşf etməkdir.
- Əşyaları təmir etdikcə onların necə işlədikləri (və ya işləmədikləri) ilə bağlı inanılmaz şeylər öyrənəcəksiz.
- Yaxşı vaxtlarda belə təmir et!
- Bu manifestin iqtisadi böhranla bağlı olduğunu düşünürsüzsə, yanılırsız. Məsələ pul yox, mentalitet məsələsidir.
- Təmir olunmuş əşyalar özünəməxsusdur.
- Geydirmə şeylər belə təmir olunduqda orijinala çevrilir.
- Təmir müstəqillik deməkdir.
- Texnologiyanın qulu yox, ağası olun. Bir şey xarab olubsa, onu təmir edərək daha da yaxşı edin. Və əgər ağasınızsa, başqalarını da qabağa çəkin.
- Hər şeyi təmir edə bilərsiz, plastik torbanı belə.
- Amma daha uzun müddət tab gətirəcək torba almağınızı və lazım gələndə onu təmir etmənizi məsləhət görürük.
Təkrar Emala Son De. Təmirə Başla.
Platform21 istifadəçi və məhsul arasındakı əlaqəni inkişaf elətdirmək üçün yaradılmış, 2006-2009-cu illər arasında Amsterdamda fəaliyyət göstərmiş dizayn platforması idi. Təşkilatın məqsədi layihələr üzərindən bu günün cəmiyyətini sual etmək, həvəskar və peşəkar maraqları calaşdırmaq, istehsal prosesini aydınlatmaq və yaradıcı bilgi ətrafında dialoqu inkişaf etdirmək idi.