1 Layihəyə qoşulmaq üçün Google hesabı gərəkdir.
Yoxdursa buradan açın, çünki işlərimizi Google Drive üzərindəki Google Docs və Sheets proqramları üzərindən görürük. Bu sistem ilə eyni zamanda eyni fayl üzərində iş apara bilir, birgə işlərimizi ciddi şəkildə sürətləndiririk.
2 Bu saytdakı Tərcüməyə Qoşul! səhifəsindəki qeydiyyat formunu dolduraraq özünüz və verə biləcəyiniz töhfə haqda bizi məlumatlandırın.
3 Tərcümə olunub bitirilmiş və tərtib olunmuş Fəsil 6 Hüceyrə Səyahəti-ni diqqətlə oxumağınızı xahiş edirik. Üzərində çox işlədiyimiz bu fəsli oxuyaraq bizim ümumi tərzimiz, qaydalarımız, terminologiya və sairə şeylərlə tanış olacaqsınız. Nəticədə, əməkdaşlığımız daha asan olacaqdır. Sizin işiniz də yüngülləşər.
Təsbit etdiyiniz səhvləri bu Fəsil 6 faylı üzərində (qeyd: bu faylı ilə yuxarıdakı faylı fərqli fayllardır) işarələyərək bizə bildirin. Buradakı videoda PDF tipli fayl üzərində qeydlərin necə aparılacağı izah olunur.
Layihə haqqında ümumi məlumatı da diqqətlə oxumağınızı tövsiyə edirik. Xüsusilə bu hissəni:
A səhifəsində B qrammatik/leksik səhv var. Ümumiyyətlə yazıda səhvlər çoxdur, türkizmlər çoxdur, adların yazılışı düzgün deyil, bizim dildə fərqli cür yazırlar.
4 Bu mərhələyə qədər gəlib hələ də dava etməmişiksə sizinlə və bizim qaydalarımızla razı olmuş, yaxud onları elmi arqumentlər ilə dəyişdirəcək qədər həvəslinizsə, sizi halhazırda üzərində işlədiyimiz fəsillərin birini redaktə üçün dəvət edəcəyik. Campbell Biologiya 56 fəsilli, təməl kimyadan başlamış, hüceyrə biologiyası, genetika, təkamül, ekologiya. bütün canlı aləmin təsviri kimi çeşid çeşid mövzülardan ibarətdir. Maraqlandığınız, yaxşı bildiyiniz mövzulara girişməyiniz həm özünüz, həm də bizim üçün, həm bəşəriyyət üçün daha faydalı olar – biz elə düşünürük.
Hello. I want to join.
Xello. Then you ought to read the above instructions more carefully. That is the first, foremost step to be taken. Good luck.