Praktika komponentinin olmadığı təhsil, ən yaxşı halda yarımçıqdır, ən pis halda vaxt itkisidir. Bəs praktikanı təhsilə inteqrasiya etmək üçün nələr etmək olar?
Hayasız Kadınlarla Söhbət – Salyan Universiteti (3)
Equals Bakı-nın podkastında Salyan Universiteti və təhsillə əlaqəli başqa mövzularda söhbət
Elitist Məktəb – Salyan Universiteti (2)
Çox sayda insana keyfiyyətli təhsil vermək qabiliyyətinə malik müəsisələrin yaranması üçün ilk növbədə çox kiçik sayda insana çox keyfiyyətli təhsil vermək iqtidarında olan yerlər yaranmalıdır.
Bütün Dərslik Tərcüməçiləri, Təşkilatlanın! – Tərcümə Hərəkatı (3)
Habitat Tərcümə Həkatı çərçivəsində elmi dərsliklərin tərcüməsində iştirak etmək istəyənlərə bizim verə biləcəyimiz dəstək
Azərbaycan Dili Manifesti
Öz dilimizdə niyə yazmalıyıq
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi
Bakının mərkəzində geniş kolleksiyaya malik təbiət tarixi muzeyi olduğunu bilirdinizmi?
Dərslikləri Necə Tərcümə Etməli? — Partizan Tərcüməsi — Tərcümə Hərəkatı (3)
Söz verdiyimiz kimi, bu yazıda elmi dərsliklərin tərcümə edilməsinin mümkün yollarını müzakirə edəcəyik. Keçən yazıda oxucularımızdan gələn böyük dəstəklə yaratmış olduğumuz uzun kitab siyahısı tərcümə olunmalı kitabların çoxluğunu göstərməklə yanaşı, bu kitabları tərcümə etmək potensialına sahib insanların varlığına işarə edir. Bir sözlə, məqsədlər, insanlar və kitablar var, amma tərcümə yoxdur, olması üçün nə etməli? İlk […]
Tərcümə Olunmalı Dərsliklər – Tərcümə Hərəkatı (2)
Yoldaş oxucu, bir öncəki yazıda xarici elmi ədəbiyyatı Azərbaycan dilinə niyə tərcümə etməli olduğumuzu müzakirə etdik. Azərbaycan dilində elmi resursların yaranması təhsilin inkişafının ən başlıca ehtiyaclarından biridir və bu resursların yoxluğu birbaşa olaraq cəmiyyətə və sənayeyə təsir edir. Bunları bildik, bunları hamı bilir, bunlar bilinən şeylərdir, bunlar bir nöqtədə hamının ağlına gəlmiş şeylərdir. Mövzu əslində […]
Giriş – Tərcümə Hərəkatı (1)
Ölkələrin və institutların elmi araşdırma məhsuldarlığını əks etdirən baza olan Nature Index-ə görə Azərbaycan elmi araşdırma məhsuldarlığına görə Qafqazda sonuncu, Qərbi Asiya regionunda isə ancaq İraq və Suriya kimi ölkələrdən öndədir. Nature Index göstəriciləri yalnız 68 öncül elmi jurnallarda dərc olunan məqalələrə əsaslansa da, hər hansı bir mütərəqqi göstəricidə Tanzaniya və Uqanda kimi ölkələrdən geri […]
Daha Qalın Dərsliklərə Doğru
Pionerin yanında Xan dayının ikinci əl kitab mağazasında eşələnirəm. Həmişəki kimi, Sovet vaxtının riyaziyyat-fizika kitabları arasında diqqətimi cəlb edənləri açıq-vərəqləyib təzədən yerinə qoyuram. Məqsədsiz bir axtarışın sonunda mağazadan çıxacaqda, üst-üstə qalaqlanmış dərslik qülləsinin üstündə, cəlbedici üz qabığına malik 11-ci sinif biologiya dərsliyi gözümə dəyir. Öyrənmə prosesinin böyük hissəsi qəbul olunan informasiyanı hərəkətə çevirərək istifadə etməklə […]