Növlərin Mənşəyi – Ⅰ Fəsil – Əhliləşdirmə Şəraitində Çeşidlilik

| Charles Darwin | | Tərcümə: Ərtoğrul Alışbəyli, Vüsal Fərzəliyev, Rəşad Yusifov | Dəyişkənliyin Səbəbləri—Vərdişin Təsirləri—Qarşılıqlı Dəyişmə—İrsiyyət—Əhliləşdirilmiş Çeşidlərin Xüsusiyyəti—Çeşidlər və Növləri fərqləndirmənin Çətinlikləri—Bir və ya bir neçə Növdən olan əhliləşdirilmiş Çeşidlərin Mənşəyi—Ev Göyərçinləri, onların Fərqləri və Mənşəyi—Qədim dövrlərdən izlənilən Seçmə Qanunları və onların Təsirləri—Metodiki (şüurlu) və Şüursuz Seçmə—Əhliləşdirilmiş Çeşidlərin Naməlum Mənşəyi—İnsanın Seçmə Qabiliyyətini artıran əlverişli […]

Beyin, “Dərmanlar” və Rock ’n’ Roll

Duyğu orqanları ətraf mühitdəki məlumatı—içdiyiniz NZS-in dadını, səs-küylü kafedə dostunuzun siqaretini tüstülədərək elədiyi söhbətləri, yan masada əyləşmiş qızların varlığını—bədənimizin içində kilometrlərcə uzanan elektrik naqilləri ilə daşınacaq olan impulslara çevirir. Beynin funksiyası, gələn bu informasiya selinin içindən ən vacib olan məlumatları işləyib, hal-hazırda getdikcə NZS-in təsiri altına düşməkdə olan canlının nə edəcəyini təyin etməkdir (gəlinən nəticə: […]

Süni Beyinlər

19-cu əsrin ortalarından bəri elm adamları bədənimizin geri qalanını idarə edən yağlı ət parçası olan beynin nədən ibarət olduğunu, necə qurulduğunu öyrənməyə çalışıblar. İspan neyroanatom Santiago Ramón y Cajal (az. Santyaqo Ramon-i-Kaxal) ilk dəfə beynin müxtəlif növ neyronlardan ibarət olduğunu müşahidə edə bilmiş və beləcə müasir neyroelmin binəsini atmışdır (Şəkil 1). 20-ci əsrin ortalarında isə […]

Xərçəng Nədir, Onun Haqqında Nə Bilirik

Molekulyar genetika, sintetik biologiya və biotexnologiya kimi elm sahələrinin meydana gəlməsi tibb elminin inkişafına əvəzolunmaz töhfə vermiş, bir sıra xəstəliklərin müalicəsinin tapılmasına işıq tutmuş və həmin müalicə metodlarının dünya əhalisinə asan və ucuz şəkildə təqdim edilməsinə yol açmışdır. Bugün, insulinin istənilən şəkərli diabet xəstəsi üçün əlçatan olması məhz sintetik biologiya və biotexnologiyanın uğurlarından biridir. Ana […]

İntellekt – Şüur

Bir pişiyin ya da həşəratın gözündən dünyanın necə göründüyü sizə də maraqlı gəlibmi? Belə sualların bizə çətin gəlməsinin səbəbi dünyaya məhz insan pəncərəsindən baxmağımızdır. Əlbəttə bundan çıxış yolumuz yoxdur kimi görünür, lakin əlimizdən gələn yeganə şey ən azı bütün insanlar üçün doğru olan anlayışlar və ideyalarla dünyanı izah etməkdir. Bu obyektivlik prinsipi ilə ətrafımızda baş […]

Şəxsiləşdirilmiş Tibb

Genetika sahəsində ötən əsrin həyəcanlandıran, bir o qədər də keşməkeşli elmi kəşfləri və bu kəşflərin 21-ci əsrə daha dolğun texnologiya ilə birlikdə girməsi, elm adamlarına daha səmərəli və mürəkkəb araşdırmalar aparmaq imkanı verib. Artıq, ilk insan DNT-sinin tamamilə oxunmasından 13 il ötür. Bu nailiyyət nəticəsində tibb sahəsində böyük irəliləyişlər olub. Xərçəng xəstəliyi də daxil olmaqla […]

Şüur və Onun Təkamülü

| Tural Ələkbərli, M.D. | İnsanın özünə, yaşayışına, ətrafına, digər şəxslərə, bir bütün olaraq içində yaşadığı dünya ilə bağlı fərqindəliyi, yaşanan təcrübələrdən yaranan özünün fərqində olma (ing. self-consciousness) hissinə qısaca şüur demək mümkündür. İnsan davranışlarının təməli şüur ilə birbaşa bağlıdır. Amma onu da qeyd etmək lazımdır ki, insan davranışlarının hamısını şüur idarə etmir, burada psixoanalizin […]

Növlərin Mənşəyi – Giriş

| Charles Darwin | Qarşındakı yazı müasir biologiyanın təməlində duran Charles Darwinin ölümsüz əsəri, “Növlərin Mənşəyi Üzərinə” adlı kitabının 1859-cu ildə nəşr edilmiş birinci nüsxəsinin tərcüməsinin başlanğıcıdır. İlk öncə onu qeyd etmək lazımdır ki, təkamül biologiyası Darwindən sonra uzun məsafə qət edib: bir çox təxminlərini doğrulub, bəzi açıqlamalarını dəyişdirib və s. Ona görə də, 21-ci […]

Sinir Sisteminin Təkamülü 1: Hərəkət Potensialları

İnsan beyni təbiətdə rastlanan ən mürəkkəb fenomenlərdən biri, bəlkə də birincisidir. Buna görə də, onun öyrənilməsi üçün müxtəlif elm sahələri fərqli metodlardan istifadə edir. Bioloji tədqiqatlar beynin işləyişində rol oynayan oyunçuları və bioloji mexanizmləri, nəzəri tədqiqatlar isə, bu mexanizmləri riyazi formada modelləşdirərək öyrənir. Hər yanaşma “beyin necə işləyir?” sualına özünəməxsus cavab verir və alınan cavablar […]

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top