İlk, borunun içində linzalardan ibarət mikroskop 1590-cı ildə Hans və Zacharias Janssen tərəfindən icad olunmuşdur. Giovanni Faber “mikroskop” terminini ilk dəfə 1609-cu ildə Galileo-nun icad etdiyi aləti təsvir etmək üçün istifadə etmişdir. Yəni çoxumuzun düşündüyü kimi mikroskopiya Antoni van Leeuwenhoek (1632-1723) və Robert Hook-la (1635-1703) başlamamışdır1. Van Leeuwenhoek və Robert Hooke-u bu gün hüceyrə biologiyası […]
Şəbəkə korporasiyalarından rəqəmsal bağçalara
Elmi Spektr (ES) yarandığı dövrdən bu yana sosial şəbəkələri (əslində “şəbəkə korporasiyaları” adlandırmalı olduğumuz şeyləri) ikincili vasitə olaraq görmüş, əsas işi olaraq öz internet məkanını, rəqəmsal bağçasını yaratmağa çalışmışdır. Saytımız bizə şəbəkə korporasiyalarının vermədiyi məzmun imkanlarını və azadlıqlarını verir. Saytımızı ziyarət edən oxucularımız isə Silikon Vadisində hansısa nəhəng korporasiyaların pul qazanmaq üçün dizayn etdiyi filtrlərindən […]
Hava keyfiyyətinə ictimai nəzarət
Hava keyfiyyətinin izlənməsi üçün Azərbaycanın müxtəlif şəhərlərində yerləşdirməyi planlaşdırdığımız sensorlardan birincisini artıq əldə edib sınaqdan keçirdik. Almaniyanın Open Knowledge Foundation adlı təşkilatının Code for Germany adlı layihəsi çərçivəsində inkişaf etdirilmiş bu sensorlar havanın temperaturu, təzyiqi və rütubəti ilə bərabər, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1-ci dərəcəli karsinogen (xərçəng əmələgətirən) hesab olunan hava hissəciklərinin (PM2.5 və PM10) […]
Campbell Biologiyanın yeni bölümü
Campbell Biologiya kitabının yeni bölümü hazırdır! Bitki struktur və funksiyasını əhatə edən 5 fəsildən (35-39-cu fəsillər) ibarət 130 səhifəlik bu bölümü saytımızdan yükləyib oxuya və tanışlarınızla paylaşa bilərsiniz:https://elmi-spektr.com/habitat/campbell-biologiya/Kitabın üz qapağındakı yarpaqlar Azərbaycanın cənubuna və İranın şimalına endemik olan və nəsli tükənmək təhlükəsi ilə qarşı-qarşıya olan (və Azərbaycanın Qırmızı Kitabında olan) Parrotia persica (dəmirağac) bitkisinə aiddir. […]