Campbell Biologiya kitabının yeni bölümü hazırdır! Bitki struktur və funksiyasını əhatə edən 5 fəsildən (35-39-cu fəsillər) ibarət 130 səhifəlik bu bölümü saytımızdan yükləyib oxuya və tanışlarınızla paylaşa bilərsiniz:
https://elmi-spektr.com/habitat/campbell-biologiya/
Kitabın üz qapağındakı yarpaqlar Azərbaycanın cənubuna və İranın şimalına endemik olan və nəsli tükənmək təhlükəsi ilə qarşı-qarşıya olan (və Azərbaycanın Qırmızı Kitabında olan) Parrotia persica (dəmirağac) bitkisinə aiddir. Üzərində bir ildir işlədiyimiz bu bölümü istehsal edən zaman bitkilər aləmini və onun Yer kürəsinin bir sistem olaraq çalışmasında oynadığı kritik rolu yenidən kəşf etdik. İnanırıq ki, təbiətin qorunmasının arxasında duran şey ilk növbədə onun anlaşılmasıdır və ümid edirik ki, səylərimiz bu mənada təbiətin mühafizəsinə də müəyyən qədər töhfə verəcək. Ümid edirik ki, oxucularımız də kitabı oxuyub, canlı biokütlənin böyük hissəsini təşkil edən bitkilər, onların böyüdükləri torpaq, bitkilərarası kommunikasiya və digər maraqlı mövzular haqda öyrənəcək. Oxucularımız arasında biologiya dərsləri alanlardan bu bölümü müəllimləri və tələbə yoldaşları ilə paylaşmağa dəvət edirik. Kitabdakı səhvləri bizə saytımız üzərindən çatdıra bilərsiniz. Son olaraq, kitabın ərsəyə gəlməsində iştirak edən, ilk başda kitabın orijinalını istehsal edən heyət olmaqla, tərcümədə iştirak edən bütün işçilərimizə, o cümlədən maddi dəstəyə görə Azerbaijan Cultural Society – ACSNC-yə dərin minnətdarlığımızı bildiririk. Kitabın növbəti fəsilləri çox yaxında ictimaiyyətə təqdim olunacaq, bizi izləməyə davam edin.