Sonsuzluq dedikdə ağlımıza ilk nə gəlir? Sonsuz həyat, sonsuz kainat, hətta bəzən daha bədii, sonsuz məhəbbət… Bu məqalədə sonsuzluq məsələsinə riyazi tərəfdən baxacağıq. Çünki yuxarıda sadaladığım sonsuzluq nümunələri insan beyninin və istifadə etdiyi simvolik dillərin təbiətlə qarşılıqlı münasibətdə ortaya çıxardığı məhsullardır. Riyaziyyatı da bir növ dil kimi qəbul etmək olar; o dil hansı ki, kainatdakı […]
Entropiya
Entropiya sözü adətən nizam sözü ilə birlikdə işlədilir. Əlbəttə, gündəlik dilimizdə nizam sözünün nə mənaya gəldiyini bilirik, amma bu sözə obyektiv elmi tərif vermək üçün ilk öncə entropiyanın riyazi izahatını nəzərdən keçirtməliyik. Bu riyazi izahat nizam anlayışını informasiya anlayışı ilə əlaqəndirəcək və ətrafda baş verən proseslərə baxış bucağımızı xeyli dəyişdirəcəkdir.
İşığın Dilemması
Keçən əsrin əvvəllərində elmdə çox radikal dəyişikliklər baş verdi. Bunlardan insanlığı ən çox təəccübləndirən və təbiət haqqında bildiklərimizin əslində nə qədər az olduğunu bizə bir növ xatırladanlardan biri də “Kvant Fizikası” oldu. Kvant fizikası klassik fizikadakı bəzi anlayışları kökündən titrətdi. Əlbəttə, bu klassik fizikanın yanlış olması demək deyil. Sadəcə olaraq, biz öyrəndik ki, ölçülərin kiçik […]
İntellekt – Şüur
Bir pişiyin ya da həşəratın gözündən dünyanın necə göründüyü sizə də maraqlı gəlibmi? Belə sualların bizə çətin gəlməsinin səbəbi dünyaya məhz insan pəncərəsindən baxmağımızdır. Əlbəttə bundan çıxış yolumuz yoxdur kimi görünür, lakin əlimizdən gələn yeganə şey ən azı bütün insanlar üçün doğru olan anlayışlar və ideyalarla dünyanı izah etməkdir. Bu obyektivlik prinsipi ilə ətrafımızda baş […]
Təbii Seçmə Yolu ilə Təkamül Haqqında
| Nəriman Məmmədli | Təbii seçmə hər hansı bir mühitə daha yaxşı uyğunlaşmış canlıların, nisbətən zəif uyğunlaşmış canlılarla müqayisədə, daha uzun müddət sağ qalma və nəsil artıra bilməsinə deyilir. Charles Darwin tərəfindən irəli sürülən təkamül nəzəriyyəsində, təbii seçmə orqanizmin hansı yöndə təkamül edəcəyini müəyyən edən əsas faktor sayılır. Təbii seçmə mexanizmi haqqında mövcud olan yanlış […]