Campbell Biologiya

Kitabın birinci hissəsi həyatın kimyasından bəhs edən ilk altı fəsli əhatə edir:

  1. Biologiyanın Əsas Mövzuları, Təkamül və Elmi
    Araşdırma
  2. Canlıların Kimyəvi Tərkibi
  3. Su və Həyat
  4. Karbon və Canlı Təbiətin Molekulyar Müxtəlifliyi
  5. Böyük Bioloji Molekulların Struktur və Funksiyası
  6. Hüceyrə Səyahəti

Kitab Azərbaycan dilində tərcüməsi Creative Commons (CC) Beynəlxalq İstinadlı Qeyri-Kommersiya 4.0 lisenziyası altında dərc olunur. Bu lisenziya vasitəsilə, mənbəyə düzgün şəkildə istinad etdiyiniz haldayalnız qeyri-kommersiya məqsədi ilə, icazə almadan və heç bir müəllif haqqı ödəmədən kitabdan istifadə edə bilərsiniz. Zəhmət olmasa, kitabdan öz işinizdə istifadə etməzdən əvvəl lisenziyanın şərtləri ilə ətraflı tanış olun.

İstinad Formatı

APA:

  • Urry, L. A., Cain, M. L., Wasserman, S. A., Minorsky, P. V., & Reece, J. B. (2020). Campbell Biologiya – I Hissə (A. Zeyniyev, Ə. Alışbəyli, Tərc.). Habitat Tərcümə Layihəsi, Elmi Spektr. (Orijinal mətn dərc olunmuşdur 2017)

MLA:

  • Zeyniyev, Araz və Alışbəyli, Ərtoğrul, tərcüməçilər. Campbell Biologiya – I Hissə. Urry, Lisa A., et al., Habitat Tərcümə Layihəsi, Elmi Spektr, 2020.

Chicago:

  • Urry, Lisa A., Michael Lee Cain, Steven Alexander Wasserman, Peter V. Minorsky, və Jane B. Reece. Campbell Biologiya – I Hissə. Tərcüməçilər Araz Zeyniyev və Ərtoğrul Alışbəyli. Habitat Tərcümə Layihəsi, Elmi Spektr, 2020.

Kitabı hamı üçün daha faydalı etmək üçün tələbə və müəllimlərin (orta və ali məktəb) rəyinə ehtiyacımız var. Rəyinizi aşağıdakı keçiddəki formu dolduraraq bizə göndərə bilərsiniz. Rəyçilərin əməyini qiymətləndirmək üçün bütün rəyçilərin adı və təşkilati mənsubiyyətlərinə kitabın son bütöv versiyasında yer verəcəyik.

Kitab Haqda Qısaca »

  • Campbell təməl biologiya dərslikləri arasında ən geniş yayılmışıdır. Kitab üç bölümə paylanmış 56 fəsildən ibarət olub biologiyaya giriş xarakteri daşıyır.

  • Kitab biologiyanın tədris proqramına daxil olduğu bütün ixtisas proqramlarında (tibbin bütün sahələrindən tutmuş, tibb bacılığına, əczaçılığa, aqronomluğa, müxtəlif müəllim, mühəndislik və elm sahələrinə qədər) istifadə olunur.

  • Campbell indiyə qədər alman, fransız, italyan, türk, fars kimi dillər də daxil olmaqla dünyanın 19 dilinə tərcümə olunmuş və müvafiq ölkələrin qabaqcıl universitetlərində istifadə olunmaqdadır. Bundan əlavə, kitab fənn olimpiadalarına hazırlıqda və peşəkarlar üçün ümumi istinad kitabı kimi də istifadə olunur.

Araz Zeyniyev Türkiyədə ODTÜ Molekulyar Biologiya və Genetika bölümü məzunudur. Hollandiyanın Groningen və Almaniyanın Rostock Universitetlərində elmi araşdırma işləri aparmışdır. Şərabçılıq, mikrobioloji təhlükəsizlik, mikroyosun biotexnologiyası sahələrində işləmişdir. Bakıda bəzi universitetlərdə biologiya dərsləri tədris edir.

Ərtoğrul Alışbəyli Elmi Spektr jurnalının həmtəsisçilərindəndir. Hal-hazırda Radboud Universitetində mühit səslərinin beyində işlənmə mexanizmi üzərinə doktorantura araşdırmaları aparır. Bundan əvvəl Kanadanın McGill Universitetində anatomiya və hüceyrə biologiyası üzrə bakalavr və Amsterdam Universitetində davranış neyroelm ixtisası üzrə magistr təhsili almışdır.

Mehman Abdullayev Azərbaycan Dövlət Neft Akademiyasında energetika mühəndisliyi üzrə bakalavr, İstanbul Mədəniyyət Universitetində isə elm tarixi və fəlsəfəsi üzrə magistr təhsilini almışdır. Eyni zamanda, Başla hərəkatının həmtəsisçilərindən olan Mehmanın layihədəki rolu mətnin ədəbi redaktəsidir.

Naqi Məhəmmədzadə Bakı Dövlət Universitetinin biologiya bölümündən məzun olan Naqi lüğətin hazırlanması, terminologiyanın araşdırılması, yoxlanılması və elmi-kütləvi videoların hazırlanmasını təşkil edir.

Firudin Həsənov Azərbaycan Dövlət Neft Akademiyasında energetika mühəndisliyi üzrə bakalavr təhsilini aldıqdan sonra Başla hərəkatının təsis olunmasında iştirak etmiş və bu günədək bu layihədə naşir olaraq çalışmaqda və Azərbaycan dilinə yeni əsərlər qazandırmaqdadır. Firudinin layihədə rolu mətnin korreksiyasıdır.

Cəfər Sadiq İsabarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində biotibbi mühəndislik ixtisası üzrə təhsil alan Cəfər layihədə terminologiyanın araşdırılması, yoxlanılmasında, o cümlədən tərcümədə iştirak edir.

Şəbnəm Məhərrəmova UNEC – İqtisadiyyatın idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alan Şəbnəm həmçinin Code Academy-nin Qrafik Dizayner ixtisasının məzunudur. Layihədəki rolu kitabın tərtibatı və dizaynından ibarətdir.

Tez-Tez Verilən Suallar »

Tələbə ingilis, türk, rus dilini öyrənib bu dillərdə resurslara çıxış əldə edə bilər. Azərbaycan dilində ayrıca resurs yaratmaq əlavə nə qatır?

  • Azərbaycanlı birinci kurs tələbəsi bu dilləri yaxşı bilmir. Akademik türk dili belə azərbaycanlı tələbənin bildiyi məişət türkcəsini aşır.
  • Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir (bu halın yaxın və orta gələcəkdə dəyişməsi gözlənilmir). Tədrisini xarici dildəki dərsliklərdən alan insanların bu ölkənin rəsmi dilini peşəkar kontekstdə bilməməsi, onların Azərbaycanda müəllim, mühəndis, həkim kimi professional olaraq işləməsinin qarşısını alır. 5-ci sinif uşaqlarına biologiya dərsi deyən müəllim şagirdlərilə, Gədəbəydə torpağı incələyən aqronom əkinçilərlə, həkimlər tibb bacıları və xəstələrilə Azərbaycanca danışmaq məcburiyyətindədir və ona görə də, öz peşələrinə Azərbaycan dilində də bələd olmalıdırlar. Bunun üçün isə, bu dildə keyfiyyətli və müasir qaynaqlar olmalıdır.

Tədris resurslarının yaranması avtomatik olaraq peşəkar kadr yaratmır, bunun üçün köklü dəyişikliklər olmalıdır, o təhsil resurslarından istifadəyə imkan verən mühit və şərait olmalıdır (dərsliklərdən istifadə edəcək müəllimlər, qurumlar və s.).

  • Tədris resurslarının yaradılması əlbəttə ölkədəki təhsil problemini təkbaşına həll etməyəcək. Lakin bu addım, 1) ictimai iradə ilə atıla biləcək və ən böyük təsir gücünə malik olacaq ən real addımdır (çünki başqa yollar adi insanların üzünə bağlıdır) və 2) gələcəkdəki islahatlar üçün münbit zəmin yaradacaq. Belə ki, keyfiyyətli, müasir resurslar yaranıb yayıldıqca müvafiq qurumlar da bu yeni axımla get-gedə daha çox ayaqlaşmalı olacaq və bu istər-istəməz təhsil proqramlarında və yanaşmada dəyişikliklərə və islahatlara gətirib çıxaracaq. Keyfiyyətli materialların olduğu ölkədə keyfiyyətsiz müəllimlərə, proqramlara və qurumlara yer qalmayacaq.
  • Əlbəttə, bu tədris resursları insanlara gedib çatmadığı müddətcə, onların təsir gücü də zəif olacaq. Ona görə də, bu layihələrin ictimai iradə və dəstək ilə həyata keçirilməsi və ortaya çıxan məhsulların hamıya əlçatan olması şərtdir.

Ölkədə bu işi layiqincə görəcək insanlar çox azdır. 4 ilə bir kitab çıxarmaqla təhsil inkişaf etdirmək nağıldır, bir gül ilə bahar olmaz.

  • Əslində bu işi görə biləcək insanlar həm ölkə daxilində, həm də xaricində mövcuddur. Xaricdə Təhsil üzrə Dövlət Proqramı bu kritik kütləni yaratmağa müəyyən ölçüdə müvəffəq olub. Lakin əsas problem bu insan potensialının hərəkətə keçirilməsidir. Təcrübəmizdən göründüyü kimi, mövcud institutlar bunda maraqlı olmadığından, bu işi ictimai hərəkat şəklində həll etmək lazımdır. Habitat layihəsi bu işin necə təşkil olunduğunu əyani şəkildə göstərərək, ənənənin yaranmasına və prosesin sürətlənməsinə töhfə verir.
  • Habitat layihəsinin məqsədi fundamental dərsliklərin tərcüməsidir (bax: Tərcümə Olunmalı Dərsliklər). Bu dərsliklər, zamanın sınağından keçmiş, öz sahəsinin vacib istinad nöqtəsi olan resurslardır. Bu kitablardan birinin belə tərcümə olunması, müvafiq sahənin Azərbaycan dilindəki ədəbiyyatını dəyişdirəcək gücdə olacaq. Bir sözlə, bir gül ilə bahar olmayacaq, amma o gülün toxumları yayılaraq geniş bir bağça olacaq.

Belə bir şeyi biz də eləməyə başlamışdıq, amma sonra davam etdirmədik. Sizin eləyib axıra çatdıracağınıza niyə inanaq?

Belə bir işi bizdən əvvəl görmək istəyən insanların olması bizə ilham verir; ümidvarıq ki, uğursuzluğunuz sizi ruhdan salmamışdır. Əgər, bu işdə bizə təcrübənizlə dəstək vermək istəyirsinizsə bu barədə danışmaqdan məmnun olarıq. Digər məsələyə gəldikdə isə, qeyd edək ki, Elmi Spektr 2016-cı ildən başlayaraq bu günə qədər artıq 2 ildir ki fəaliyyətini bu və ya digər şəkildə davam etdirməkdədir. Fəaliyyətdə olduğumuz müddətdə azərbaycanca onlarla orijinal məqalə yazmış, tərcümələr etmiş, mühazirələr təşkil eləmişik və bu istiqamətlərdə hələ də çalışırıq. Son zamanlar gücümüzü daha çox dərslik tərcüməsinə yönəltmişik və ixtisasımız, təhsilimiz, əvvəlki təcrübəmiz bu işləri layiqli şəkildə görməyə imkan verir. Yuxarıda da qeyd etdiyimiz kimi, artıq kitabın 25%-ini tərcümə etmişik (kitabın 1500 səhifə olduğunu nəzərə alsaq, bu heç də kiçik rəqəm deyil). Bütün bunları heç vaxt maddi gəlir əldə etmək üçün etməmişik. Bizi hərəkət etdirən şey hansısa rəqəmlər, kağız parçaları və üstündə rəqəm olan kağız parçaları yox, sosial məsuliyyət hissidir, daha ədalətli bir dünya üçün aldığımız cəmiyyətə geri qaytarmaq istəyidir (bax: Sosial Məsuliyyət Manifesti). Ona görə də, maddi dəstək alıb-almamağımızdan asılı olmayaraq bu işi əvvəl-axır başa çatdırıb, cəmiyyətimizə bu resursu qazandıracağıq. Yəni, bir nöqtədə kitabın hazırlanması bizə olan inancdan və ya dəstəkdən asılı deyil. Bu kampanya sadəcə olaraq, işin çox uzanmamasına və vaxtında bitməsinə, ənənənin daha tez yaranmasına xidmət edir.

A səhifəsində B qrammatik/leksik səhv var. Ümumiyyətlə yazıda səhvlər çoxdur, türkizmlər çoxdur, adların yazılışı düzgün deyil, bizim dildə fərqli cür yazırlar. 

  • Yoldaş oxucu, sizin əlinizə gəlib çatan son məhsul ən azı 3-4 redaksiya roundundan keçir və 4-5 nəfər insan tərəfindən oxunub korreksiya edilir. Buna baxmayaraq, kitabın birinci nüsxəsində səhvlərin olacağı, həm də biz düşündüyümüzdən qat-qat çox olacağı labüddür. Bunun üçün bir neçə səbəb var. Bunlardan ən birincisi Azərbaycan dilində ingilis və digər böyük dillərdən fərqli olaraq yüksək  səviyyəli spell-checker proqramlarının olmamasıdır. Ona görə də, söz səhvləri insanlar tərəfindən, bir-bir tapılır və belədə, təbii olaraq qeyri-mükəmməl olur. Dilimizdə yazılan əsərlərin hamısında bu problem var. Ümid edirik ki, bir gün bir dilçi-proqramist bu işi öz üzərinə götürüb dilimizə keyfiyyətli spell-check aləti qazandırar. O vaxta qədər əlimizdən gələn yeganə şey mətni davamlı olaraq inkişaf etdirmək üçün fərqli adamlara göndərmək və düzəlişləri etməkdir. Habitat layihəsinin mətnləri davamlı olaraq təkamül edir və bu təkamülə kömək etmək istəyirsinizsə Nümunə fəsil səhifəsindəki düzəliş formunu dolduraraq təklif etdiyiniz düzəlişləri bizə göndərə bilərsiniz.
  • Türkizmlərin, tanış gəlməyən sözlərin çox olması Azərbaycan dilində elmi əsərlərin, yazıların yaradılmamasıdır. Dilimiz müasir elmə uyğunlaşmaq üçün məcburən başqa dillərdən borclar götürəcək, bütün dillər bu şəkildə inkişaf edir. Əlbəttə, lazım gələn yerdə öz dilimizdə də sözlər quraşdırmağa çalışırıq (məsələn, emergent properties = yaranan xassələr), lakin elmi ədəbiyyatda latın dilindən gəlmə sözlər çox olduğundan çox vaxt latın dilindəki sözləri Azərbaycan dilinə uyğunlaşdırıb keçirməli oluruq. Bundan əlavə, qeyd etmək istəyirik ki, bizim məqsədimiz həm də müəyyən tərcümə prinsipləri ortaya qoymaqdır. Mövcud ədəbiyyatda heç bir əsası olmayan qaydalar var və biz belə qaydaları təsbit etdikdə onlarla bağlı müəyyən prinsiplərə uyğun şəkildə dəyişiklik edirik. Yəni, nəticədə alınacaq mətn mövcud ədəbiyyatdan fərqlənsə də, terminlər necə gəldi yox, müəyyən konkret prinsiplərə əsasən yerləşdiriləcək və bu da kitabın oxunaqlığını, tələbənin gələcəkdə xarici dildəki ədəbiyyatı oxumasını asanlaşdıracaq. Bir sözlə, gətirdiyimiz yeniliklər dilin müasir elmi dillə uzlaşdırılması və azərbaycanlı tələbələrin gələcəklərini göz önündə tutaraq edilir.

Donorlar »

Azerbaijani Cultural Society of Northern California (ACSNC)Yurt Center Kitab tərcüməsi üçün bizə əsas maddi dəstəyi verən və bu layihəni mümkün edən təşkilata və ona dəstək olan şəxslərə ən dərin minnətdarlığımızı bildiririk.

Ayrıca layihəyə ianə edən aşağıdakı şəxslərə və adlarını bilmədiyimiz bütün anonim donorlara təşəkkür edirik:

Orxan Qasımov

İbrahim Məmmədli

Rüstəm İbrahim

Azər Məmmədli

Vüqar Yaqublu

Atabəy Ağalarbəyli

Fikrət Bayramlı

Məmmədəmin Müzəffərli

Ziya Seyidbalayev

Adil Əliyev

Firuzə Mahmudova

Qəhrəman Şahbazov

Teymur Sarmuradi

Təşəkkürlər »

Arslan İbrahimi

Nigar Cəmilgil

Nərmin Beydizadə

Aygül Qurbanova

Xəqani Eynullazadə

Nərgiz Sadiqzadə

Nicat Qarayev

Aysel Axundova

Nəzakət Əzimli

Baku İdea Lab

Camal İsmayılzadə

Nərmin Axundova

Rasim Qaraca

Orxan Əmrullayev

Ləman Orucova

Fərman Dadaşov

Rəşad Yusifov

İlahə Abaslı

Səhvlərin Təsbiti »

İanələr Üçün »

Avropa daxilindən:

  • Ad: Artoghrul Alishbayli
  • Bankın adı: ABN AMRO
  • BIC/SWIFT: ABNANL2A
  • IBAN: NL61ABNA0846547368

eManat vasitəsilə:

  • RabitəBank hesabı: Araz Zeyniyev Ələkbər oğlu
  • Şəxsiyyə Vəsiqəsi seriya: AZE 14020499
  • Doğum tarixi: 30.01.1979

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt