Creative Commons Lisenziyası altında dərc olunmuş materialların təkrar dərc olunması ilə bağlı təlimatlar
Elmi Spektr Açıq Elmi Platformasının əsas məqsədi ictimaiyyət üçün əlçatan və anlaşılan elmi resursların istehsalıdır. Buna görə də, saytımızda dərc olunan materialların böyük hissəsi, başqaları tərəfindən asanlıqla təkrar dərc olunmağa icazə verən Creative Commons lisenziyası altında dərc olunur. Aşağıdakı təlimatlar dərc etdiyimiz materialları doğru şəkildə təkrar dərc etmək istəyənlər üçündür.
- Əksi qeyd olunmadığı təqdirdə, Elmi Spektr-də dərc olunan materialların hamısı Creative Commons İstinadlı-Qeyri-Kommersiya 4.0 Beynəlxalq Lisenziyası altında yayımlanır.
- Dərc etmək istədiyiniz materialların kommersiya məqsədilə istifadəsi qadağandır.
- Material təkrar dərc olunarkən müəllifin adı, ideal olaraq məqalənin əvvəlində, ayrıca bir xətdə göstərilməlidir.
- Təkrar dərc edərkən materiala dəyişiklik etmisinizsə, bunu açıq şəkildə qeyd etməlisiniz. Qeydi edərkən bu dəyişikliklərin hər hansı bir şəkildə bizim tərəfimizdən təsdiqləndiyini təlqin etmək qadağandır.
- Materialı təkrar dərc edərkən, Elmi Spektr aşağıdakı cümlə formatından istifadə edilərək (keçidlər saxlanılmaq şərtilə) mənbə kimi göstərilməlidir: “Bu iş ilk dəfə Elmi Spektr tərəfindən Creative Commons İstinadlı-Qeyri-Kommersiya 4.0 Beynəlxalq Lisenziyası altında dərc olunmuşdur. Orijinal məqaləni buradan oxuya bilərsiniz.” Cümlədəki “buradan” sözü materialın dərc olunduğu orijinal səhifəyə keçid ehtiva etməlidir.
- Creative Commons İstinadlı-Qeyri-Kommersiya 4.0 Beynəlxalq Lisenziyası keçidi həmişə işlək olmalıdır. Belədə, başqaları da sizin təkrar dərc etdiyiniz materialı dərc etmək hüququna malik olduqlarını biləcəklər.
- Dərc etdiyimiz materialların toplu şəkildə təkrar dərci qadağandır. Yalnız ayrı-ayrı seçilmiş materialları təkrar dərc edə bilərsiniz.