| Sadiq Niftullayev | İkinci hissəni nə estetik gözəllik, nə də ağıl-kamal cəhəttən kasadlıq yaşamayan bir xanımın bu valeh edici şəkli ilə başlayırıq. Ümidvarıq ki, ötən saydan bu saya Chase’in acı taleyindən tutmuş, DNT-nin fosforla aşıb daşan tərkibinə, habelə, evində oturduğu yerdə “başına bomba düşmüş” Frederick’dən ta Hershey-Chase təcrübəsindəki mətbəx blenderinədək bir çox detal barədə düşünmək imkanınız olub.
Bizi birləşdirən, eyni zamanda, fərqləndirən dəyər: DNT İkili Sarmalı (1-ci Hissə)
| Sadiq Niftullayev | DNT molekulu müasir biologiya elminin, xüsusən də, genetika və molekulyar biologiyanın onurğa sütununu təşkil edir. Necə deyərlər, əgər biologiya elmini qədim dünya tarixi hesab etsək, onda heç şübhəsiz ki, DNT molekulu o dövrün Roması olardı. Niyə? Çünki, qədim dünyada bütün yolların Romaya apardığı kimi, müasir biologiyada da bütün yollar DNT’yə aparır.