Qrantı Biz Niyə Almırıq?

Avropa Tədqiqat Şurası (European Research Council, ERC) Avropa Birliyinin elmi araşdırmalar üçün təsis etdiyi fonddur. 2014-2020-ci illər arasında büdcəsi 13 milyard avro olan bu fondun 2020-ci ilə qədər 7 000 qrant vasitəsilə 42 000 tədqiqatçını dəstəkləyəcəyi proqnozlaşdırılır. Elmi icmada ERC Avropanın ən prestijli qrantı, bir növü uğur göstəricisi olaraq qəbul olunur.

Avropa Birliyi tərəfindən maliyyələşdirilən ERC fonduna çıxış yalnız Avropa Birliyinə aid ölkələrlə sərhədlənməyib. Sözügedən maliyyə dəstəyi Horizon 2020 elmi maliyyələşmə proqramı ilə əlaqəli, lakin Avropa Birliyinin üzvü olmayan ölkələrdən olan təşkilatlar üçün də açıqdır. Bu ölkələrə aşağıdakılar daxildir:

İslandiya
Norveç
Albaniya
Bosniya və Herseqovina
Şimali Makedoniya
Monteneqro
Serbiya
Türkiyə
İsrail
Moldova
İsveçrə
Farer Adaları
Ukrayna
Tunis
GÜRCÜSTAN
ERMƏNİSTAN

Siyahıda bir ölkənin olmaması yəqin ki, sizin də diqqətinizi çəkdi. Qafqazın “aparıcı” ölkəsində elm xərcləri büdcənin 0.55%-ini təşkil etməsi azmış kimi ölkədə elmi araşdırmanın aparılması üçün xarici fondlardan belə qrant almaq imkanı verilmir. Bu isə o deməkdir ki, Xaricdə Təhsil üzrə Dövlət Proqramı, müxtəlif mübadilə proqramları ilə xaricdə yetişmiş alimlər ölkəyə qayıdıb elmi araşdırma aparmaq istəsələr belə buna imkan verilmir. Bunun isə nə demək olduğunu şərh etmək çətin deyil: Azərbaycanda elmin, təhsilin inkişaf etməməsində birbaşa marağı olan qüvvələr var və onlar bu istiqamətdə inkişafın olmaması üçün əlindən gələni ən yüksək səviyyədə edirlər. Elmlər Akademiyasını ağsaçlı qoca kişilər qurultayına çevirən, ölkənin əsas universiteti olan Bakı Dövlət Universitetinə 394 313 manat ayırıb, ADA Universitetinə 17 556 000 manat, Azərbaycan dilində kitab yazmağı keçdim, allahın bir saytını açmağa belə həvəs göstərməyən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına 11 530 743 manat ayıran, Azərbaycan Tibb Universitetinə 445 144 manat vəsait ayırıb, Elm və İnnovasiya səhifəsi boş olan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına 5 398 820 manat ayrılmasına nail olan və bu yolla ölkədə elmi və təhsili iflic edən qüvvələr var.

Posts created 261

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top