Habitat layihəsi çərçivəsində elmi dərsliklərin ictimai və kollaborativ şəkildə hazırlanmasını asanlaşdırmaq üçün fərqli alətlər də istehsal edirik. Aşağıda bu alətlər haqda məlumat alıb onları öz layihələrinizdə istifadə edə bilərsiniz.
ES Lüğət Qurucusu (ES Custom Dictionary Builder)
Campbell Biologiya komandası Habitat layihəsi çərçivəsində tərcüməni və redaksiyanı əsasən Google Docs üzərindən aparır. Tərcümə zamanı terminlər lüğətini yaratmaq və terminlərin müxtəlif yerlərdə eyni cür işləndiyini yəqin etmək üçün bizə Google Docs-da işləyə bilən və məhz bu məqsədə xidmət edən alət lazım idi. Bu alət bizə fərqli lüğətlər yaratmaq, müxtəlif fayllardan eyni lüğətə termin əlavə etmək imkanı verir.
İlk öncə əlavəni əldə etmək üçün bu keçidə və yaxud Google Docs-da hər hansı bir faylın içindən:
Add-ons –> Get Add-ons –> (Axtarış yerində) ES Custom Dictionary Builder yazıb aldığınız nəticəni hesabınıza əlavə etməniz kifayətdir.
Quraşdırılmış aləti istifadə etmək üçün:
- Add- ons — > ES – Custom Dictionary Builder — > Start building
- Kənarda əmələ gələn pəncərədə “Select a file” – a basaraq lüğət faylını 1) ya seçirsiniz, 2) ya da, əgər, mövcud lüğət faylına əlavələr etmək istəyirsinizsə, yenisini yaradırsız.
- Mətnin içində lüğətə əlavə etmək istədiyiniz sözün üstünə iki dəfə basaraq və ya kursorla seçərək kənardakı pəncərədə “Select the word” -ə basırsınız. Bu yolla mətndəki söz pəncərədəki “Term” boşluğuna əlavə olunur.
- Daha sonra söz haqda başqa məlumatları (müvafiq olaraq, “Tərcümə”, “Nitq hissəsi” (isim, sifət, və s.), “İstinad”, kateqoriya və əlavə rəylər bölməsini doldurursunuz.
- Sonda “Add to dictionary” düyməsinə basaraq sözü lüğətinizə əlavə edirsiniz.
Vacib qeyd: Lüğət faylına istədiyiniz vaxt Google Drive-dan daxil ola bilərsiniz. İlk yarananda fayl GDrive-da fayllar siyahısında olmasa da (fayl root bölməsində saxlanır), GDrive-ın axtarış funksiyasından istifadə edərək faylı rahatlıqla tapa bilərsiniz. Faylı açdıqdan sonra File –> Move və ya Add to My Drive-dan istifadə edərək faylı digər fayllarınızın yerləşdiyi qovluqlara köçürdə bilərsiniz.
Alətdən istifadəni əyani şəkildə görmək istəyirsinizsə aşağıdakı videoya baxa bilərsiniz.
Proqramın yazılmasında göstərdiyi köməyə görə Camal İsmayılzadəyə təşəkkür edirik.