Habitat layihəsi fundamental elmi dərslikləri Azərbaycan dilinə qazandırmaq üçün başladılmış akademik bir hərəkatdır. Ölkənin universitetlərində istifadə olunan dərsliklərin böyük əksəriyyəti zamanın tələblərinə uyğun gəlmir, mövcud institutlar isə bu çatışmazlığı aradan qaldırmaq üçün hələ ki, heç bir addım atmaq istəmir. Reallıq budur ki, bu kitablar olmadan təhsil keyfiyyətinin yuxarı qalxmasını gözləmək olmaz. Buna baxmayaraq, bu kitabları Azərbaycan dilinə qazandırmaq üçün Azərbaycan cəmiyyətinin həm maddi və həm də insan potensialı var. Bu potensialı hərəkətə keçirmək üçün biz saytımız üzərindən tərcümə hərəkatına qoşulmaq istəyən şəxsləri bir–birilə calaşdırmağa və öz başlatdığımız dərslik tərcüməsini həyata keçirməyə çalışırıq. Əgər siz də dərslik tərcüməsində iştirak etmək və hərəkatla bağlı daha ətraflı məlumat almaq istəyirsinizsə aşağıdakı səhifələrə nəzər salın.
- Yeni dərslik layihəsi başlatmaq və əməkdaş toplamaq üçün: Komanda Qur!
- Hansısa dərsliyin tərcüməsi üçün mövcud komandalara qoşulmaq üçün: Tərcüməyə Qoşul!
- Bizim həyata keçirməkdə olduğumuz Campbell Biologiya layihəsi ilə bağlı:
- motivasiya: kitabı niyə, necə, kimlər tərcümə edir
- hazırladığımız nümunə fəsil
- layihənin hazırkı vəziyyəti və başqa məlumatların olduğu sayğac
- ianə göndərmək üçün bank hesabları
- promo video
- bizə qoşulmaq istəyən könüllülər üçün göstərişlər
- Həyata keçirməkdə olduğumuz digər bir kitab: XXI Əsr Üçün Statistik Düşüncə