Uzun axtarışlardan sonra axır ki, ETSN-nin hava keyfiyyətinə necə nəzarət etdiyini kəşf etdik. Məlum oldu ki, ETSN aldığı bahalı avadanlıqlardan alınan datanı dünyanın hər yerində hamının etdiyi kimi, canlı formada, internetə yerləşdirmək əvəzinə qeyri-müəyyən aralıqlarla videolar hazırlayaraq datanı şərh edir və bu şərhlərini YouTube-a videolar şəklində paylaşırmış. ETSN-nin hava keyfiyyətinin monitorinqi videoları olan səhifəsi budur: https://meteo.az/index.php?ln=az&pg=215
Monitorinq adına layiq olmayan bu çalışma tamamilə yetərsiz və alçaldıcı bir yanaşmanı təqdim edir. Yetərsiz ona görə ki, ETSN-nin hava keyfiyyətini yoxlamaq üçün quraşdırdığı qurğuların sayı iki əlin barmaq sayından daha azdır. Alçaldıcı ona görə ki, bu datanı ictimaiyyətə açmamaq, əvəzində datanı öz istədikləri kimi şərh etmək bu qurumun vətəndaşların qabiliyyətləri ilə bağlı nə düşündüyünü göstərir: siz datadan, rəqəmdən qanmazsınız, gəlin bizə sizə sözlə başa salaq.
Müqayisə üçün heç uzaqda deyil, elə bizim coğrafiyadaca bu işin düzgün formada necə edilə bildiyini aşağıdakı keçidlərdən görə bilərsiz:
Gürcüstan: https://air.gov.ge/
Qazaxıstan: https://airkaz.org/
Türkiyə: https://sim.csb.gov.tr/Services/AirQuality
Iran: http://aqms.doe.ir/
Moskva: https://mosecom.mos.ru/karta/
ETSN-dən vergi pulu ilə aldıqları bahalı avadanlıqlardan alınan datanı dərhal bütün ölkələr kimi onlayn mühitə yerləşdirmələrini və ictimaiyyətə açmalarını tələb edirik. Azərbaycan ictimaiyyəti bu datanı necə analiz və şərh edəcəyini çox yaxşı, yəqin ki, ETSN-in özündən daha yaxşı bacarır.