NA/İA-001: Siyasət təhlili və gender meynstriminqi

Kodu: NA/İA-001

Rəhbəri: Nəzakət Əzimliİlahə Abaslı

Növü: Nəzəri

Status: Müraciətlərə qapalı

Başlama tarixi: 11/2020

Tələbə(lər): Səadət Ağayeva (Bakı Dövlət Universiteti, BDU)


Ümumi Məlumat

Gender meynstriminqi (gender mainstreaming) siyasət, proqram və layihələrin bütün mərhələlərində və səviyyələrində gender bərabərliyi perspektivinin inteqrasiyası deməkdir. Fərqli genderlərin ədalət sistemi daxil olmaqla güc, qaynaqlar, insan hüquqları və qurumlarına əlçatımlılığı bərabər deyil və fərqli ehtiyacları və yaşayış şərtləri var. Fərqli genderlərin  vəziyyəti də ölkəsinə, bölgəsinə, yaşına, etnik və ya sosial mənşəyinə və ya digər amillərə görə fərqlənir. Gender əlaqələndirmənin məqsədi siyasətləri, proqramları və layihələri tərtib edərkən, həyata keçirərkən və qiymətləndirərkən bu fərqləri nəzərə almaqdır ki, bunlar hər bir fərdə fayda gətirsin və bərabərsizliyi artırmasın, əksinə gender bərabərliyini gücləndirsin. Gender meynstriminq buna görə də gender bərabərliyinə nail olmaq üçün bir vasitədir.

Layihənin əsas hədəfi gender meynstriminqinə dair mənbələri araşdıraraq, Azərbaycan üçün təlimat (praktiki təkliflər) hazırlamaq və bunu dövlət və ictimai siyasi institutlara kommunikasiya etməkdir. Bu proses zamanı araşdırma, siyasi təkliflərin yazılmasına (policy analysis and solutions) və oxşar institutlar və inkişaf tarixi olan ölkələrlə (Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Latın Amerika) paralel nümunələrin təhlil olunmasına xüsusi yer ayrılacaqdır.

Araşdırma suallardan bəziləri bunlardır: 

  • Gender meynstriminq post-pandemiya dövründə siyasətlərə inteqrasiya etmək  üçün niyə önəmlidir?
  • Bunun üçün ən uyğun və effektiv üsul və metodlar hansılardır?
  • Bunu reallaşdırmaq üçün hansı tərəflərin iştirakı önəmlidir və onları necə cəlb etmək olar?

Ədəbiyyat

Görüləcək İşlər

  • Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə kimi ölkələrdə gender maynstriminq strategiya və mexanizmlərinin analizi- gender meynstriminq prosesi necə başlayıb, hansı iştirakçılar tərəfindən irəli sürülüb və inkişaf etdirilib (dövlət, akademiya, vətəndaş cəmiyyəti və s.).
  • Gender meynstriminqinin mərhələlərinin təyin olunması və məntiqi şəkildə necə qurulmalı olduğunun araşdırılması
  • Gender meynstriminqində hər bir tərəfin üzərinə düşən iş və məsuliyyətlərin öyrənilməsi
  • Azərbaycan üzrə hazırlanmış strategiyanın fərqli tərəflərə kommunikasiya planının hazırlanması

Tələb Olunanlar

  • Siyasət təhlili haqqında anlayış, əlavə təhlil instrumentləri haqqında məlumat tyutorluq zamanında paylaşıla bilər
  • Gender bərabərliyi prinsipləri ilə tanışlıq
  • Fərqli siyasi, iqtisadi kontekstlərdə yazılmış araşdırma və siyasət sənədlərini qavrayıb interpretasiya etmək bacarığı
  • İngilis dilində elmi ədəbiyyatı oxuyub, anlayacaq və hesabat yazacaq qədər bilgi (B2-dən yuxarı | TOEFL: >85 | İELTS > 6.5 | İngilis dili bilgisini göstərən digər metodlar da keçərlidir)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top