Müjgan Abdulzadə
İnfoqrafika dizaynı
- Biznesin idarə edilməsi (Marketinq), BA, ADA Universiteti, 2018.
- Dizayn (Qrafik dizayn, informasiya dizaynı), MA, Anhalt Tətbiqi Elmlər Universiteti, 2020.
Vizual dizayn disiplinində çalışan biri olaraq əsasən dataviz (datanın vizuallaşdırılması), qrafik dizayn, redaksiya dizaynı sahələrində ixtisaslaşmışam. “Man as Default: Revealing gender bias in pictograms” magistr tezisimi piktoqramlarda gender qərəzininin araşdırılması mövzusunda etmişəm. 2018-ci ildə Tbilisidə yerləşən Forset təşkilatının Data Kommunikasiyası təqaüdünü qazanaraq Eurasia Data hekayələri platforması üçün data hekayəsi tərtibatı ilə məşğul olmuşam. Bu təcrübədən sonra, magistr təhsilimlə bərabər informasiya dizaynı sahəsində təcrübəmi artırmaq üçün @iwoulddatayou instagram səhifəmdə fəaliyyətə başlamışam. Hazırda professional fəaliyyətimi Almaniyada AERQ texnologiya startupında qrafik və infoqrafika dizayneri olaraq davam etdirirəm. Bundan əlavə, bir sıra təşkilatların jurnal nəşri, sərgi dizaynı layihələrində dizayn araşdırmaçısı kimi iştirak edirəm.
- Abdulzade, M. (2020). Man As Default: Revealing gender bias in pictograms.
- Abdulzade, M. (2019). Equal Education does not equal to Equal Opportunities.