Kodu: AA-001
Rəhbəri: Ərtoğrul Alışbəyli
Növü: Tətbiqi
Status: Müraciətlərə açıq (Son tarix: 1 Dekabr 2020)
Ümumi Məlumat
Eşitmə və digər sistemlərin həll etməli olduğu məsələlərdən biri vacib siqnalı mühitdəki küydən ayırmaqdır. Eşitmə sisteminə sahib canlılarda davranış üçün əhəmiyyətli olan məlumatlar çox vaxt mühitdəki digər səslərlə qarışmış şəkildə canlının eşitmə orqanlarına çatır. Kokteyl partisi effekti küylü mühitdə eşitmə sisteminin əlaqəsiz küyü filtrləmə və vacib siqanala diqqəti cəmləyə bilmək qabiliyyətindən yaranır. Küylü mühitdə insan nitqinin necə qavrandığı, proses zamanı beyinin istifadə etdiyi məlumat və xassələrin nə olduğu açıq sual olaraq qalmaqdadır. Bu layihədə fərqli küy növlərində kokteyl partisi effektinin sərhədlərini araşdıracağıq: Eşitmə sisteminin filtrləmə qabiliyyətinin sərhədləri haradadır və bu sərhədlər fərqli növ səslərin xassələrindən necə asılıdır?
Ədəbiyyat
- McDermott, J. H., & Simoncelli, E. P. (2011). Sound texture perception via statistics of the auditory periphery: evidence from sound synthesis. Neuron, 71(5), 926-940.
- King, A. J., & Walker, K. M. (2020). Listening in Complex Acoustic Scenes. Current Opinion in Physiology.
- Bregman, A. S. (1994). Auditory scene analysis: The perceptual organization of sound. MIT press.
Görüləcək İşlər
- Mövzu ilə əlaqəli ədəbiyyatın ətraflı şəkildə araşdırılması
- İnsanlar üzərində onlayn təcrübələrin aparılması
- Təcrübələrdən alınan datanın analizi
- Təcrübə nəticələrini təsvir və izah edən hesabatın yazılması
Tələb Olunanlar
- İnsanlarla psixofizik təcrübələrin aparılmasına maraq;
- Səs sintezində təcrübə və ya maraq;
- MATLAB, Octave və ya Python proqramlaşdırma dillərindən biri ilə tanışlıq;
- İngilis dilində elmi ədəbiyyatı oxuyub, anlayacaq və hesabat yazacaq qədər bilgi (B2-dən yuxarı | TOEFL: >85 | İELTS > 6.5 | İngilis dili bilgisini göstərən digər metodlar da keçərlidir)