Türkiyədə və Suriyada baş verən güclü zəlzələnin bizdə də yaratdığı ani fərqindəlikdən istifadə edərək izləyicilərimizlə Azərbaycanın geologiyası ilə bağlı bəzi resursları paylaşmaq istəyirik. Resursları əldə etdikcə bu səhifəyə əlavə edəcəyik. Kitabları və məqalələri yükləmək üçün şəkillərə basmağınız kifayət edir. Qafqazdakı seysmik vəziyyətlə bağlı ümumi bir görüntüyə sahib olmaq üçün bu icmal məqaləsinə nəzər sala bilərsiniz: […]
Keçmişdəki iqlim şəraitini öyrənmək üçün ən effektiv metod sizcə hansıdır və niyə?
İqlim qısaca havanın uzunmüddətli statistikasıdır (bax: Alışbəyli (2019)). Hava kimi iqlim də qalıcı, əllə tutula biləcək bir şey deyil. Lakin iqlim şəraiti konkret fiziki faktorların qarşılıqlı əlaqəsi nəticəsində yarandığından və öz növbəsində konkret fiziki faktorlara təsir etdiyindən onun necə olduğu ilə bağlı uzun illər sonra da fikir bildirmək olur. İqlimin öyrənilməsində Antarktidadan çıxarılmış uzun buz […]
İqlim Dəyişikliyini Anlamaq
İqlim dəyişikliyi ilə bağlı hərəkətə keçmək üçün ilk öncə onun nə olduğunu dərindən anlamalıyıq. Belə bir anlayış nələr tələb edir?