Güzgü neyronları

Güzgü neyronlarının kəşfi beyində davranışın əmələ gəlməsi ilə digər fərdlərin davranışının başa düşülməsinin bir-birindən tamamilə ayrı proseslər olmamasına dair nəzəri fikirlərin inkişaf etdirilməsində böyük rol oynamışdır. Buna görə də güzgü neyronları fenomeni neyroelm, koqnitiv elm və fəlsəfənin qovşağında xüsusi yer tutur.  İnsanlar və Yer üzündəki bir çox heyvan növü olduqca mürəkkəb sosial quruluşa malikdirlər. Qrup […]

Beyin Kompüterdirmi?

Beyinin inanılmaz dərəcədə mürəkkəb kompüter olduğu inancı nəinki kütləvi informasiya vasitələri sayəsində cəmiyyətdə, həmçinin elmi icmada da kifayət qədər qəbul olunmuş fikirdir. Lakin bunun nə dərəcədə düzgün fikir olduğu ilə bağlı ciddi suallar mövcuddur. Beyini kompüter kimi ələ almaq, onu başa düşməyimizə nə dərəcədə kömək edir?  Hissiyat, idrak, düşüncə kimi sözlər deyildikdə çoxlarının ağlına beyin, […]

Optogenetika

| Rəşad Yusifov | Beynin quruluşunu və işləyişini hüceyrə səviyyəsində öyrənmək olduqca məşəqqətli tapşırıqdır. Neyroelm tədqiq etdiyi sualları cavablandırmaq üçün çox həssas texnologiyalara ehtiyac duyur.

Neyronların “Dili”

Uzaqdan Baxış Gündəlik həyatda tez-tez rast gəldiyimiz şeylər bizim üçün, təbii olaraq, adiləşir. Qəssab ət kəsməyə, həkimlər xəstələrinin ölümünə, sevgililər bir-birilərinin üzlərinə, elm adamları isə mikrometr (10-6 m) miqyasında işləməyə öyrəşir. Lakin, arasıra, bir az uzaqlaşıb etdiyimiz işə kənardan baxmaqda, onun nə mənaya gəldiyini, nə kimi nəticələrə gətirib çıxardığını düşünməkdə fayda var. Günlərin bir günü, […]

Beyin, “Dərmanlar” və Rock ’n’ Roll

Duyğu orqanları ətraf mühitdəki məlumatı—içdiyiniz NZS-in dadını, səs-küylü kafedə dostunuzun siqaretini tüstülədərək elədiyi söhbətləri, yan masada əyləşmiş qızların varlığını—bədənimizin içində kilometrlərcə uzanan elektrik naqilləri ilə daşınacaq olan impulslara çevirir. Beynin funksiyası, gələn bu informasiya selinin içindən ən vacib olan məlumatları işləyib, hal-hazırda getdikcə NZS-in təsiri altına düşməkdə olan canlının nə edəcəyini təyin etməkdir (gəlinən nəticə: […]

Süni Beyinlər

19-cu əsrin ortalarından bəri elm adamları bədənimizin geri qalanını idarə edən yağlı ət parçası olan beynin nədən ibarət olduğunu, necə qurulduğunu öyrənməyə çalışıblar. İspan neyroanatom Santiago Ramón y Cajal (az. Santyaqo Ramon-i-Kaxal) ilk dəfə beynin müxtəlif növ neyronlardan ibarət olduğunu müşahidə edə bilmiş və beləcə müasir neyroelmin binəsini atmışdır (Şəkil 1). 20-ci əsrin ortalarında isə […]

İntellekt – Şüur

Bir pişiyin ya da həşəratın gözündən dünyanın necə göründüyü sizə də maraqlı gəlibmi? Belə sualların bizə çətin gəlməsinin səbəbi dünyaya məhz insan pəncərəsindən baxmağımızdır. Əlbəttə bundan çıxış yolumuz yoxdur kimi görünür, lakin əlimizdən gələn yeganə şey ən azı bütün insanlar üçün doğru olan anlayışlar və ideyalarla dünyanı izah etməkdir. Bu obyektivlik prinsipi ilə ətrafımızda baş […]

Şüur və Onun Təkamülü

| Tural Ələkbərli, M.D. | İnsanın özünə, yaşayışına, ətrafına, digər şəxslərə, bir bütün olaraq içində yaşadığı dünya ilə bağlı fərqindəliyi, yaşanan təcrübələrdən yaranan özünün fərqində olma (ing. self-consciousness) hissinə qısaca şüur demək mümkündür. İnsan davranışlarının təməli şüur ilə birbaşa bağlıdır. Amma onu da qeyd etmək lazımdır ki, insan davranışlarının hamısını şüur idarə etmir, burada psixoanalizin […]

Sinir Sisteminin Təkamülü 1: Hərəkət Potensialları

İnsan beyni təbiətdə rastlanan ən mürəkkəb fenomenlərdən biri, bəlkə də birincisidir. Buna görə də, onun öyrənilməsi üçün müxtəlif elm sahələri fərqli metodlardan istifadə edir. Bioloji tədqiqatlar beynin işləyişində rol oynayan oyunçuları və bioloji mexanizmləri, nəzəri tədqiqatlar isə, bu mexanizmləri riyazi formada modelləşdirərək öyrənir. Hər yanaşma “beyin necə işləyir?” sualına özünəməxsus cavab verir və alınan cavablar […]

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top