Sayğac

Qeyd:

Hazırda Azərbaycanda ingilis dilindən azərbaycan dilinə tərcümə qiyməti standard səhifə başına 15-25 AZN arasında dəyişir. Bunun yarısı qədər də redaktor tələb edir. Campbell Biology kitabının səhifələri adi kitabdan iki dəfə böyükdür. Normal kitablarda səhifə başına 300-400 söz mövcud ikən, A4 formatına yaxın ölçülərdə olan bu kitabın bir səhifəsində təxminən 700-730 söz mövcuddur. Kitab qrafik, şəkil, cədvəl və digər vizual material ilə zəngindir. Tərcümə olunan mətnin əslinə uyğun şəkildə yığılması da əmək tələb edir.

Bütün bunları nəzərə alaraq, mətnin xam tərcüməsi, redaktəsi (elmi və ədəbi. Qeyd: modern biologiya terminlərinin azərbaycan dilində qarmaqarışıqlığı və yoxluğu xüsusi çətinlik yaradır ) və tərtibatı (compilation/design) üçün 50 AZN/səhifə qiymət biçdik. Beləcə 50 AZN x 1500 səhifə = 75 000 AZN kitabın rəqəmsal halda istehsal olunması üçün gərəklidir.

Layihənin bu birinci mərhələsində, ianələrin əldə olunma sürəti və bizə qoşulacaq yeni əməkdaşların sayından asılı olaraq vaxtaşırı şəkildə bitirilən fəsillər burada\ çap olunacaqdır. (6ncı fəsil artıq buradadır\link). (Müəllif haqlarını nəzərə alaraq, 3-4 fəsildən sonra (hansı ki, reklam məqsədilə açıq şəkildə yayılmasına icazə verilir) bəzi məhdudiyyətlər qoyularaq dərc olunacaqdır (məsələn, şəkillərin üzərindən xətt çəkilərək).

Bundan əlavə, müəllif haqlarının (mətn və vizual material ayrılıqda) ödənməsi lazımdır. Bunun üçün tələb olunan vəsaiti kitabın nəşr edən Pearson Education Publishing ilə razılaşmadan sonra elan edə biləcəyik. Məqsədimiz kitabın rəqəmsal halda ödənişsiz şəkildə internet şəbəkəsində yaymaqdır. Beləcə, istehsal etdiyimiz əsərin geniş istifadəçi kütləsinə çatacaqdır. Bakıda tək bir kitabın pərakəndə çapı (offset üsulu yüksək sayda çapından fərqli olaraq) təxminən 250 AZN-yə başa gəlir. Bu məbləğ adi azərbaycanlı tələbə üçün əlçatmaz rəqəmdir. Buna baxmayaraq, kitabın müəyyən sayda çap olunaraq böyük ictimai kitabxana və universitetlərə hədiyyə edilməsinin də önəmli olduğunu düşünürük. Çap işlərini layihəmizi ikinci mərhələsində həyata keçirəcəyik.

Axtarmaq istədiyiniz şeyi yazıb, Enter düyməsinə basın. Çıxmaq üçün Esc düyməsinə basın.

Yuxarı qayıt