Ərtoğrul Alışbəyli

Ərtoğrul Alışbəyli

Biologiya – Neyroelm

  • Anatomiya və Hüceyrə Biologiyası, BSc, McGill Universiteti, 2014
  • Beyin və İdrak Elmləri, MSc, Amsterdam Universiteti, 2016
  • Neyrofiziologiya, PhD, Radboud Universiteti (indi)

Əsas elmi maraqlarım qavrayış və hərəkətin bir-biri və mühitlə əlaqəsi ilə bağlıdır. Bu əlaqənin öyrənilməsində istifadə etdiyim metodlar əsasən neyronların fəaliyyətinə və davranışın kəmiyyəvi formada öyrənilməsinə yönəlib. Mövzunu ilk dəfə magistr təhsilim zamanı insanlar üzərində apardığım təcrübələrlə araşdırmağa başlamışam. Ütrext Universitetində Serge Dumoulin və Ben M. Harvey-nin rəhbərliyi altında apardığımız təcrübədə görmə üzərindən sayma qabiliyyətinin hansı amillərdən asılı olduğu və adaptasiya ilə necə dəyişdiyini öyrənməyə çalışmışıq. Daha sonra Radboud Universitetində Neyrofiziologiya bölümündə  Ali Azarfar və Tansu Çelikel-in rəhbərliyi altında siçovullarda bığlarla toxunma duyğusunun zamanla necə inkişaf etdiyi, bunun kəmiyyəvi formada öyrənilməsi üzərində çalışmışam. Bunun ardından eyni mövzunu bir müddət daha müstəqil şəkildə Mathew Diamond-un (SISSA, Trieste, İtaliya) laboratoriyasında araşdırmağa davam etmiş və onun ardından doktorant araşdırmalarımı davam etdirmək üçün Bernhard Englitz-in Radboud Universitetindəki qrupuna qoşulmuşam. Hazırkı tədqiqatlarımız insan və siçanlarda eşitmə sisteminin səsi küydən ayırma qabiliyyəti üzərinədir. Məqsədimiz mühitdəki səslərdə olan statistik əlaqələrin eşitmə sistemində necə işləndiyi, fərqli interneyron növlərinin bu prosesə necə töhfə verdiyini öyrənməkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top