Müasir süni neyron şəbəkələri ilə işləyən sistemlərin işləyişi oxşar tapşırıqları yerinə yetirə bilən canlı sistemlərindən necə fərqlənir?

Bu həftənin sualı süni neyron şəbəkələri ilə bağlıdır. Müəyyən bir tapşırığı həyata keçirmək üçün birbaşa olaraq onu həll etmək üçün lazım olan hesablamalara yox, öyrənmə prosesinə fokuslanan müasir süni neyron şəbəkələri (SNN) ənənəvi, konkret hesablamalara, qaydalara əsaslanan sistemlərin yaxşı edə bilmədiyi şeyləri, məsələn, şəkillərin içindəki obyektlərin sinifləndirilməsi, insan nitqinin tanınması kimi tapşırıqları çox uğurla həyata […]

Keçmişdəki iqlim şəraitini öyrənmək üçün ən effektiv metod sizcə hansıdır və niyə?

İqlim qısaca havanın uzunmüddətli statistikasıdır (bax: Alışbəyli (2019)). Hava kimi iqlim də qalıcı, əllə tutula biləcək bir şey deyil. Lakin iqlim şəraiti konkret fiziki faktorların qarşılıqlı əlaqəsi nəticəsində yarandığından və öz növbəsində konkret fiziki faktorlara təsir etdiyindən onun necə olduğu ilə bağlı uzun illər sonra da fikir bildirmək olur. İqlimin öyrənilməsində Antarktidadan çıxarılmış uzun buz […]

Azərbaycan dilində yazı (və ya imla) yoxlayıcı düzəltmək üçün nələr lazımdır?

Azərbaycan dilinin qrammatikası çoxlarımız üçün məktəb illərində testlərdə düzgün cavabları tapmaq xətrinə əzbərləməli olduğumuz bir şey kimi yadda qalıb. Lakin bu heç də belə olmalı deyil. Azərbaycan dili zəngin şəkilçilərə malik olub bu şəkilçilər vasitəsilə bir sözdən minlərlə söz yarada bilən bir qrammatikaya sahibdir ki, bu da onu quruluş baxımından çox maraqlı və kompleks edir. […]

Campbell Biologiya Kitabının Birinci Hissəsinin Təqdimatı

Habitat Tərcümə Layihəsi (HTL) çərçivəsində tərcümə etməkdə olduğumuz Campbell Biologiya kitabının ilk hissəsini təqdim edirik. Təqdimatda Campbell Biolgiya və HTL haqda daha ətraflı məlumat verəcək, tərcümə layihəsinin təşkilatı ilə bağlı təcrübələrimizi paylaşacaq, suallarınızı cavablandıracağıq. Təqdimat eyni zamanda canlı şəkildə Facebookda Elmi Spektr səhifəsindən yayımlanacaq. HTL 2.5 il əvvəl başladılmış, elmi dərsliklərin Azərbaycan dilinə qazandırılmasına çalışan […]

Yeni Koronavirusla Mübarizə Üçün Azad Resurslar (yenilənir)

Koronavirusla mübarizə üçün azad mənbə (open source) icması yeni həll yolları istehsal edib, ənənəvi istehsalçıların ödəyə bilmədikləri tələbatın ödənməsinə töhfə verirlər. Bu səhifədə mövcud həll yollarına keçidlər yerləşdirmişik, təlimatları izləyib siz də virusla mübarizəyə töhfə verə bilərsiniz.

Rapoportun Qaydaları

Müzakirənin hansısa dəyişikliyə gətirib çıxarması üçün tərəflər tənqid edib, edilmiş tənqidi qəbul etməyi öyrənməlidir. Effektiv tənqidin qaydaları nələrdir?

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top