Tədbir: Xronobiologiya – Zamanın Canlı Həyatda Təzahürü – Elmir Məhəmmədov

DokuBaku Beynəlxalq Sənədli Film Festivalının bu ilki nüsxəsi Elmi Spektrlə birgə təşkil olunmuş, elmi sənədli filmlərdən ibarət SciDocs bölməsini təqdim edəcək. Bölmədə film nümayişlərinə əlavə olaraq elmi mühazirələr də təşkil olunacaqdır. İlk mühazirə 6 oktyabr, saat 16:00-da Baku Idea Lab-da Elmi Spektrin yaradıcılarından olan Elmir Məhəmmədov tərəfindən, xronobiologiya mövzusunda veriləcək.

İnsanlar əsrlərlə zaman anlayışının saatla bağlı olduğunu düşünmüşlər. Lakin, zamanın özü canlı təbiətdə çox dərin yerləşmişdir. O cümlədən qədim zamanlarda insanlar da vaxtın izlənməsini təbiətdə baş verən hadisələrlə əlaqələndirmişlər. Məsələn Homerin İliadasında insan həyatının tsiklı meşələrdə baş verən mövsümi dəyişikliklərlə müqayisə olunur. Ümumiyətlə təbiətdə yaşayan canlıların da vaxtı izləmək üçün daxili mexanizmləri mövcuddur. Bunu kosmik harmoniyanın yaratdığı və 24-saatda baş verən yerin öz oxu ətrafında dövranı ilə əlaqələndirmək olar. Canlılarda bioloji zaman strukturlarını xronobiologiya elmi öyrənir. Bu mühazirədə biz bir yerdə canlıların və insan bədəninin daxilində saatı qeyd edən mexanizmləri müzakirə edib, sistem biologiyasından aldığımız köməklə bu mexanizmlərin necə harmoniyada işlədiyini müşahidə edəcəyik.

Elmir Məhəmmədov bakalavr təhsilini Alberta Universitetində Biologiya və Alman dili və ədəbiyyatı ixtisasları üzrə almış, daha sonra bioinformatika sahəsi üzrə magistr dərəcəsini isə bu il Kopenhagen Universitetindən almışdır.

Tarix: 6 oktyabr, saat 16:00

Məkan: Baku İdea Lab


Yazının əvvəlindəki rəsm əsəri: Əriyən Saat (1954), Salvador Dali

Posts created 232

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top