HTLCB2 – Korrektor (elan)

Ümumi məlumat

Habitat Tərcümə Layihəsi (HTL) müasir elmi dərslikləri Azərbaycan dilinə qazandırma məqsədi daşıyan layihədir. Layihənin hazırkı mərhələsində Campbell Biologiya kitabının Azərbaycan dilində nüsxəsi hazırlanmaqdadır. Kitab haqda saytımızdan daha ətraflı məlumat ala bilərsiniz.

Korrektor işinin təsviri

  1. Mətnin tərzinin sabitləşdirilməsi və oxunaqlığın artırılması
    1. Cümlə quruluşları və qeyri-elmi söz seçimlərinə müdaxilələr edərək mətnin oxunaqlığını artırmaq, onu qrammatik olar daha düzgün, mənaca daha anlaşılan, tərz baxımından daha sabit etmək
    2. Düzəlişlər edərkən mümkün qədər mətnin orijinalına istinad etmək və əsas mətn olaraq orijinalı rəhbər götürmək, seçimləri orijinaldakı mənanı ən qısa və səlis şəkildə çatdırmaq məqsədilə etmək
    3. Elmi redaktor və tərcüməçilər tərəfindən açılan ədəbi məsələləri həll etmək
    4. Edilən dəyişikliklərin mənanı dəyişib-dəyişmədiyindən əmin olmadıqda, bunu tərcüməçi üçün anlaşılacaq şəkildə rəy formasında yazmaq və ya birbaşa dəyişiklik yox, təklif formasında yerləşdirmək
    5. Tərcüməçidə mətnin birinci yoxlanışı zamanı yarana biləcək sualları 2 gündən gec olmamaq şərtilə cavablandırmaq
  2. Mətndəki qrammatik səhvlərin və hərf səhvlərinin düzəldilməsi (korreksiya)
    1. Azərbaycan dilindəki mətni diqqətlə oxuyub, hərf səhvlərini, durğu işarələrinin yerlərini və digər qrammatik səhvlərin təsbiti və düzəldilməsi
    2. Dəyişiklikliyin mətnin mənasını dəyişib-dəyişmədiyindən əmin olmadıqda bunu qeyd şəklində qeyd etmək.
  3. İşin səmərəliliyini artırmaq üçün lazım olan analizləri etmək, həll yolları təklif etmək
  4. Tez-tez edilən səhvlərlə bağlı tərcüməçi və elmi redaktorları məlumatlandırmaq və maarifləndirici resursları paylaşmaq

Tələblər

  • Akademik Azərbaycan dili və onun qrammatikası ilə yaxından tanışlıq, elmi və ya ədəbi mətnlərin korreksiyasında konkret işlərlə isbat oluna bilən təcrübə
  • Google Drive, Docs, Sheets proqramları ilə təcrübə
  • İşin zamanında təhvil alınması və verilməsi, komandaiçi ünsiyyət vasitələrində (Slack) aktiv iştirak
  • Korreksiyanın və komandaiçi kommunikasiyanın aparılması üçün kompüter və internet əlaqəsi

İş şərtləri

  • İş üçün nəzərdə tutulmuş vəsaiti bizimlə əlaqəyə keçərək öyrənə bilərsiniz. Korrektor üçün ayrılmış məvacib iş üçün ayrılmış ümumi vəsaitin 20%-ini təşkil edir.
  • Hər fəsil korrektor tərəfindən təhvil verildikdən sonra həmin fəsil üçün ayrılmış vəsait korrektorun hesabına göndəriləcəkdir.
  • İş prosesi ilə daha yaxından tanış olmaq üçün nizamnaməyə, işəalınanın haqq və öhdəlikləri ilə daha yaxından tanış olmaq üçün isə əmək razılaşmasına nəzər salmanız xahiş olunur.

Müraciət

Əlavə məlumat

Vakansiya ilə əlaqədar suallarınız olarsa, a.alishbayli@elmi-spektr.com ünvanına email yazaraq bizimlə əlaqəyə keçə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt