HTLCB2 – Elmi Redaktor (elan)

Ümumi məlumat

Habitat Tərcümə Layihəsi (HTL) müasir elmi dərslikləri Azərbaycan dilinə qazandırma məqsədi daşıyan layihədir. Layihənin hazırkı mərhələsində Campbell Biologiya kitabının Azərbaycan dilində nüsxəsi hazırlanmaqdadır. Kitab haqda saytımızdan daha ətraflı məlumat ala bilərsiniz.

Qeyd

  • Bu vakansiya kitabın bitki anatomiyası və fiziologiyası bölməsində tərcümə olunan mətnlərin elmi redaksiyasında iştirak edə biləcək şəxslərə açıqdır.

Elmi redaktor işinin təsviri

  1. Mətnin orijinalının və tərcüməsinin paralel olaraq oxunması
  2. Orijinalda sadalanan fikirlərin Azərbaycan dilinə elmi səhv olmadan tərcümə olunduğunun yoxlanılması və lazımi dəyişikliklərin Google Docs faylında edilməsi, tərcüməçi tərəfindən açılan elmi məsələlərin bağlanması
  3. Proses vaxtı Google Docs-un qeyd, təklif, tapşırma (“assign”) funksiyalarından aktiv şəkildə istifadə etmək
  4. Mətndəki elmi terminlərin yoxlanılması, bu terminlərin yerli və xarici ədəbiyyatda istifadəsinin araşdırılması və bununla bağlı səhvlərin düzəldilməsi
  5. Lazım  gəldikdə, yeni terminlərin yaradılması və elmi lüğətə əlavə olunması
  6. Mübahisəli məsələlərlə bağlı edilmiş seçimlərin əsaslandırılması və araşdırma zamanı istifadə olunan resurslara düzgün istinadların qeyd şəklində verilməsi
  7. Terminoloqla koordinasiyalı şəkildə termin istifadəsinin standartlaşdırılması, mübahisəli məqamların həlli
  8. Terminoloq tərəfindən hazırlanan lüğətə istinad etmək (lazımi termin lüğətdə mövcuddursa, razılaşdırılmış tərcümədən istifadə olunmalıdır)
  9. Cümlə quruluşunun düzəldilməli yerlər olduqda, bunun ədəbi redaktorlar üçün, başadüşülən dildə və şəkildə qeyd olunması

Tələblər

  • Bitki fiziologiyası və anatomiyası, botanika və ya biologiyanın əlaqəli sahəsi üzrə ən azı bakalavr təhsili almış olmaq (magistr, doktor dərəcələrinə sahib olmaq əlavə üstünlük olacaqdır)
  • Bitki anatomiya və fiziologiya sahəsi üzrə həm ingiliscə, həm də azərbaycanca ədəbiyyatla yaxından tanışlıq (bu sahələr üzrə məqalə dərc etmiş və ya elmi mətnlərin istehsalında iştirak etmiş olmaq əlavə üstünlük olacaqdır)
  • Google Drive, Docs, Sheets proqramları ilə təcrübə
  • İşin zamanında təhvil alınması və verilməsi, komandaiçi ünsiyyət vasitələrində (Slack) aktiv iştirak
  • Redaksiyanın və komandaiçi kommunikasiyanın aparılması üçün kompüter və internet əlaqəsi

İş şərtləri

  • İş üçün nəzərdə tutulmuş vəsaiti bizimlə əlaqəyə keçərək öyrənə bilərsiniz. Elmi redaktor üçün ayrılmış məvacib iş üçün ayrılmış ümumi vəsaitin 25%-ini təşkil edir.
  • Hər fəsil elmi redaktor tərəfindən təhvil verildikdən sonra həmin fəsil üçün ayrılmış vəsait elmi redaktorun hesabına göndəriləcəkdir.
  • İş prosesi ilə daha yaxından tanış olmaq üçün nizamnaməyə, işəalınanın haqq və öhdəlikləri ilə daha yaxından tanış olmaq üçün isə əmək razılaşmasına nəzər salmanız xahiş olunur.

Müraciət

Əlavə məlumat

Vakansiya ilə əlaqədar suallarınız olarsa, a.alishbayli@elmi-spektr.com ünvanına email yazaraq bizimlə əlaqəyə keçə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt