HTLCB2 – Dizayner (elan)

Ümumi məlumat

Habitat Tərcümə Layihəsi (HTL) müasir elmi dərslikləri Azərbaycan dilinə qazandırma məqsədi daşıyan layihədir. Layihənin hazırkı mərhələsində Campbell Biologiya kitabının Azərbaycan dilində nüsxəsi hazırlanmaqdadır. Kitab haqda saytımızdan daha ətraflı məlumat ala bilərsiniz.

Dizayner işinin təsviri

  1. Mətni orijinal kitaba ən yaxın şəkildə yığılması
    1. Lazımi ölçülərin (fərqli mətn elementlərinin ölçüsü, sətirləri arası sahə, mətnin kənar sahələri) və digər xüsusiyyətlərin (rəng və s.) orijinal kitabın fiziki və ya rəqəmsal versiyasından alınması
    2. Lazımi fontların araşdırılması və eyni fontdan istifadə mümkün olmadıqda, ən yaxın fontlardan istifadə olunması
    3. Yuxarıdakı iki araşdırmanın nəticələrinin sənədləşdirilməsi
    4. Kitabda istifadə olunan elementlərin kitabxanasının yaradılması
    5. Fəsil tərtibatını əks etdirən standart fəsil şablon faylının Adobe İnDesign və ya azad başqa bir proqram vasitəsilə yaradılması və Google Drive-a yerləşdirilməsi
    6. Şəkillərin orijinal rəqəmsal versiyadan əldə edilməsi
    7. Mətnin koordinatordan alınıb, şəkillərlə birgə yığılması
    8. Yığılmış mətnin (pdf formatında son məhsul və bütün dizayn faylları ilə birlikdə) müvafiq Google Drive qovluğuna yerləşdirilməsi
  2. Məhsul yoxlama raundlarından keçdikdən sonra tərcüməçinin müvafiq proof faylında göndərdiyi düzəlişləri həyata keçirmək.
  3. Mətni çapa hazır vəziyyətə gətirmək
    1. Yoxlamalar və düzəlişlər bitdikdən sonra son məhsulu çapa və kəsimə hazır vəziyyətə salmaq
    2. Fiziki nüsxənin çapında tərtibatla bağlı çıxan problemləri 2 gündən gec olmamaq şərtilə həll etmək

Tələblər

  • Adobe InDesign proqramı ilə təcrübə və proqramı nisbətən qrafik baxımdan ağır fayllarla işlədə biləcək kompüterə çıxış
  • Google Drive, Docs, Sheets proqramları ilə təcrübə
  • İşin zamanında təhvil alınması və verilməsi, komandaiçi ünsiyyət vasitələrində (Slack) aktiv iştirak
  • Redaksiyanın və komandaiçi kommunikasiyanın aparılması üçün kompüter və internet əlaqəsi

İş şərtləri

  • İş üçün nəzərdə tutulmuş maddi vəsaitin həcmini bizimlə əlaqəyə keçərək öyrənə bilərsiniz.
  • İş prosesi ilə daha yaxından tanış olmaq üçün nizamnaməyə, işəalınanın haqq və öhdəlikləri ilə daha yaxından tanış olmaq üçün isə əmək razılaşmasına nəzər salmanız xahiş olunur.

Müraciət

Əlavə məlumat

Vakansiya ilə əlaqədar suallarınız olarsa, a.alishbayli@elmi-spektr.com ünvanına email yazaraq bizimlə əlaqəyə keçə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt