Nümunə Fəsil (Hüceyrə Səyahəti)

Hüceyrə Səyahəti 56 fəsillik təməl biologiya dərsliyi, Campbell Biology kitabının bir fəslinin tərcüməsidir. Elmi Spektr elmi populyar jurnalının Habitat layihəsi çərçivəsində həyata keçirdiyimiz bu iş bütün kitabın tərcümə olunması üçün komandamızın prinsip, tərz və əməyinin keyfiyyətini sərgiləmək və ictimai dəstək toplamaq üçün hazırlanmışdır.

Dünyanın qabaqcıl universitetləri daxil, minlərlə təhsil qurumlarında istifadə olunan bu dərslik biologiya tələbə­ləri tərəfindən oxunduğu kimi, müasir biologiyanın təməl anlayışlarına yiyələnmək istəyən, yaxud peşəkar fəaliy­yətində biologiya elmini istifadə edən digər insanlar üçün də təməl əsərdir.

Məqsədimiz ən qısa zamanda bu kitabı Azərbaycan dilinə qazandırmaq və digər təməl kitabların tərcümə edilməsi üçün yeni bir ənənə başlatmaqdır. Bu nəhəng fundamental kitabı tamamlamaq üçün bizə maddi dəstək və əməkdaşlar gərəkdir.

Habitat komandası
Sentyabr, 2018
Tərcümə və tərtib edənlər:
Araz Zeyniyev, Ərtoğrul Alışbəyli
Köməkçilər:
Nicat Qarayev, Naqi Məhəmmədzadə,
Aygül Qurbanova, Nərgiz Sadıqzadə

Mətndə tapdığınız səhvləri bu form vasitəsilə bizə bildirə bilərsiniz.

Axtarmaq istədiyiniz şeyi yazıb, Enter düyməsinə basın. Çıxmaq üçün Esc düyməsinə basın.

Yuxarı qayıt