Azərbaycan Dilində Yazı Yoxlayıcısı

Azərbaycan dilində elektronik mühitdə yazılmış yazıların avtomatik yoxlanması üçün vasitələr mövcud deyil. Bizə görə bu təxminən 50 milyonluq istifadəçisi olan bir dil üçün utancverici bir haldır. Rəsmi qurumların bu mövzuya on illərdir göstərdiyi etinasızlıq, o cümlədən Habitat layihəsi çərçivəsində gördüyümüz iş bizi məcbur edir ki, məsuliyyəti öz üzərimizə götürüb problemi həll etməyə cəhd edək.

Elmi Spektr olaraq biz bu işi görə biləcək insanları bir araya gətirmək və onların işlərini ictimaiyyətin diqqətinə çatdırmaq funksiyasını öz üzərimizə götürürük. Komandamızın bəzi üzvləri bu işdə birbaşa iştirak edəcəklər. Lakin bu iş bir-iki nəfər məsələ ilə uzaqdan əlaqəli adamların edə biləcəyi növdən iş deyil, bunun üçün dilçilik və proqramlaşdırma üzrə təcrübəsi olan insanların, habelə Azərbaycan dilinin qrammatikasını çox yaxşı bilən adamların aktiv iştirakına ehtiyac var. Təşəbbüsə qoşulmaq üçün, zəhmət olmasa aşağıdakı formu doldurub bizə göndərin. Formu qəbul etdikdən sonra sizi müzakirələrin getdiyi müvafiq kanallara əlavə edəcəyik.

Qeyd: Qırmızı ulduzla işarələnmiş sahələri doldurmağınız məcburidir.

Mövzu haqda müzakirələr aşağıdakı qrupda gedir. Töhfə vermək və prosesdən xəbərdar olmaq üçün yuxarıdakı formu dolduraraq qrupa dəvət ala bilərsiniz.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt