Toğrul Alməmmədov

Toğrul Alməmmədov

Biokimya – Genetika və Hüceyrə Biologiyası

  • Kimya, BSc, Orta Doğu Teknik Universiteti, 2015
  • Analitik Kimya, MSc, Orta Doğu Teknik Universiteti, 2017
  • Biokimya, PhD, Koç Universiteti, (indi)

Peptid rabitəsi aminturşuların karboksil və amin funksiyalarının birləşməsindən bir molekul su çıxması ilə əmələ gələn amid funksiyasıdır. 10 və ya 12-yə qədər aminturşudan əmələ gələn poliamidlərə də bəzən peptid deyilir. Bu peptidlərin sintezi müxtəlif sahələrdə tətbiq oluna bilir. Məsələn, Qlisin-Histidin-Lizin (GHK) manqana koordinasiya yolu ilə bağlanaraq süni fotosintez rolunu oynaya bilir. GHK tripeptidi fotosintezdə xüsusi işləvi olan P700 proteinini təqlid edir, manqan isə oksidləşdirm’ qabilliyəti ilə elektronlarını daşıyıcıya göndərir. Beləliklə təməl üzvi sintez və koordinasiya bacarığını təhlil edərək kiçik molekullar təbii prosesləri yamsılamaqda faydalı olur. Bundan əlavə olaraq bu peptidlər uzunluğundan və tərkibindəki təkrarlanan aminturşulardan asılı olaraq biogel də formalaşdıra bilir. Aminturşular 20-dən daha çox sayıda amid rabitəsi ilə birləşəndə proteinlər meydana gətirir. Bəzi proteinlər fərqli protein və ya peptid içərisindəki xüsusi aminturşunu ya amin ya da karboksil funksiyasından kəsə bilir. Bədənimizdə 400 000-ə yaxın protein olduğu güman edilir. Xərçəng xəstələrində hüceyrələr həddən artıq bölündüyünə görə bəzi proteinlər həm daha çox aktivlik göstərir, həm də bu hüceyrələrə yetəcək qədər enerji-maddə daşınması zamanı fərqli elementlərin və ya üzvi birləşmələrin qatılığı artır. Bu cür aktivliyə həssas ola biləcək sensorların dizaynı isə üzvi kimyaçıların hər zaman maraq dairəsində olub. Məsələn, matriptaz proteini prostat xərçəngi xəstələrində yüksək qatılıqlarda müşahidə olunur. Bu protein sistein aminturşusunu karboksil ucundan kəsə bilir. Bu kəsilmədən sonra əgər boş qalan sistein fərqli bir analitlə birləşərək işıq saça bilərsə, müvafiq xəstələrdəki matriptazın aktivliyini göstərmək mümkün olur. Bu görüntüləmədə kritik parametrlər matriptaz və analitdir. Hər hansı birinin yoxluğunda görüntüləmə mümkün olmur. Bu tərz sistemlərə “VƏ” məntiq qapısı (AND logic gate) deyilir. Yəni matriptaz və analit olduğu müddətcə sistem müsbət nəticə olaraq (proqramlaşdırmada 1/0 kimi) işıq saçır.

  • Karaman, O., Almammadov, T., Emre Gedik, M., Gunaydin, G., Kolemen, S., & Gunbas, G. (2019). Mitochondria‐Targeting Selenophene‐Modified BODIPY‐Based Photosensitizers for the Treatment of Hypoxic Cancer Cells. ChemMedChem, 14(22), 1879-1886.
  • Almammadov, T., Ozcubukcu, S., Bagci-Onder, T., & Kolemen, S. (2018, August). In vivo bioluminescent imaging of cancer cells by using a bio-orthogonal ligation reaction. In ABSTRACTS OF PAPERS OF THE AMERICAN CHEMICAL SOCIETY (Vol. 256). 1155 16TH ST, NW, WASHINGTON, DC 20036 USA: AMER CHEMICAL SOC.
  • Almammadov, T., Atakan, G., Gunaydin, G., Gunbas, G., & Kolemen, S. (2019, March). New class of red absorbing activatable PDT drugs. In ABSTRACTS OF PAPERS OF THE AMERICAN CHEMICAL SOCIETY (Vol. 257). 1155 16TH ST, NW, WASHINGTON, DC 20036 USA: AMER CHEMICAL SOC.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top