Sadiq Niftullayev

Sadiq Niftullayev

Biologiya – Genetika və Hüceyrə Biologiyası

  • Anatomiya və Hüceyrə Biologiyası, BSc, McGill Universiteti, 2015
  • Hüceyrə Biologiyası və Neyroelm, MSc, McGill Universiteti, 2018
  • Genetika və Hüceyrə Biologiyası, PhD, Köln Universiteti (Yaşlanma Biologiyası üzrə MPİ) (indiki)

Tədqiqat təcrübəmə McGill Universitetində “Differential localisation of chaperon proteins upon stress” və “Role of miRNAs in structuring of the Extracellular Matrix (ECM)” başlıqları altındakı iki kiçik miqyaslı elmi araşdırma ilə başlamışam (müvafiq olaraq Ursula Stochaj və Dieter P. Reinhardt araşdırma qruplarında). Daha sonra, Magistr dərəcəsi yolunda, “Role of p190RhoGAP in development of rat cortical neurons” adlı tədqiqat üzərində çalışmış və bu layihə üzrə tezisimi başa vurmuşam. Layihə 17-18 günluk siçovul rüşeymlərindən neyronların izolasiyası və kultura halında becərilməsi; daha sonra həmin neyronların mikroskop və ya biokimyəvi analiz üçün hazırlanması; inkisaf periodunda sözü keçən neyronlarda baş verən morfoloji və molekular dəyişikliklərin analizi; və s. bu kimi faktorları əhatə edirdi (Nathalie Lamarche-Vane araşdırma qrupu). Hal-hazırda, doktorant işim olan, “Autophagy as a bridge: linking mitochondrial DNA (mtDNA) maintenance to nuclear DNA (nDNA) integrity” adlı layihə üzrə elmi araşdırma aparıram (Martin Graef araşdırma qrupu). Layihənin əsas paradiqması maya göbələklərinin azotdan məhrum edilməsi, beləliklə də fizioloji aclığın yamsılanmasıdır. Bu şərtlər altında, hüceyrələr avtofagiya adlı prosesi işə salaraq, aclıq/qida məhdudiyyəti periodunda sağ qalmaq üçün, artıq miqdarda olan molekulları parçalayır və əldə olunan “xam maddələri” çatışmayan molekulların sintezində istifadə edirlər. Əldə etdiyimiz ilkin nəticələr göstərir ki, bu prosesin pozulması, azot qıtlığı zamanı mitoxondri DNT-sinin parçalanmasına, və eyni zamanda, nüvə DNT-sinin zədələnməsinə yol açır. Hazırki məqsədimiz avtofagiyanın bu iki DNT hovuzu arasındakı rabitəni necə idarə etməsinə aydınlıq gətirməkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt