RY/MA-001: Elmi vizualizasiya və infoqrafikaların düzəldilməsi

Kodu: RA/MA-001

Rəhbəri: Rəşad YusifovMüjgan Abdulzadə

Növü: Tətbiqi

Başlama tarixi: 01/2021

Tələbə(lər): Jalə Pənahova (George Washington Universiteti, GWU və Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADPU, ikili proqram)


Ümumi Məlumat

Hər hansı elmi mövzuda məlumatlanmaq istədikdə insanların qarşısına çıxan jargonlarla dolu uzun elmi məqalələr, mürəkkəb qrafiklər heç də hamı üçün maraqlı olmur. Elmi Spektr ən müasir yenilikləri elm və ümumilikdə həyatla maraqlanan hər kəs üçün əl çatan etməyi qarşısına məqsəd qoyaraq başlamış bir platformadır. Bu missiyanın davamı olaraq elmi tək yazılı məqalələr yox, həm də vizual kommunikasiya metodlarıya insanlara çatdırmağı hədəfləyirik. Bu layihə çərçivəsində bizim təklif etdiyimiz və ya özünüzün dərin marağı olan mövzularda elmi ədəbiyyatı araşdırıb, insanları mövzu və ya konkret bir sual haqda məlumatlandıracaq yazılı və vizual materiallar (infoqrafikalar) hazırlayacağıq. Proses ərzində həm uyğun elmi mənbələri tapmağı, həm də əldə olunan kompleks məlumatların qısa məzmununu oxuculara asan başa düşüləcək şəkildə qrafik və yazılı yollarla çatdırmağı öyrənəcəksiniz.

İnfoqrafika üçün təklif olunan mümkün mövzular:

  • Nevroloji və psixiatrik xəstəliklərin etiologiyası və mümkün müalicə metodları (məs: Parkinson, Alzheimer, depressiya, şizofreniya və s.)
  • Psixoaktiv maddələrin beyinə təsir mexanizmləri
  • Neyroelmdə istifadə olunan tədqiqat metodologiyaları (optogenetika, elektrofiziologiya, beyin görüntələmə metodları)

Ədəbiyyat

  1. Martinez-Conde, S., Alexander, R. G., Blum, D., Britton, N., Lipska, B. K., Quirk, G. J., … & Macknik, S. L. (2019). The Storytelling Brain: How Neuroscience Stories Help Bridge the Gap between Research and Society. Journal of Neuroscience, 39(42), 8285-8290.

Görüləcək İşlər

  • Mövzu ilə əlaqəli ədəbiyyatın araşdırılması
  • İnfoqrafikaya ən uyğun icmal və ya elmi məqalələrin təyin edilməsi
  • Seçilmiş elmi ədəbiyyat əsasında ötürələcək mesajın 500-1000 sözlük icmal və yaxud planının yazılması
  • Yazılmış plan əsasında infoqrafikanın tərtib olunması

Tələb Olunanlar

  • Ümumu biologiyaya və elmi tədqiqata dərin maraq (neyroelm, beynin biologiyası və patologiyaları mövzularına üstünlük veriləcək, lakin mütləq deyil)
  • Elmin kommunikasiyasına və qrafik dizayna maraq;
  • Elmi ədəbiyyatın araşdırılması (PubMed, Google Scholar) və qrafik dizayn (Adobe İllustrator, Powerpoint) alətləriylə ilkin tanışlıq və ya ən azından öyrənməyə böyük həvəs;
  • İngilis dilində elmi ədəbiyyatı oxuyub, anlayacaq və hesabat yazacaq qədər bilgi (B2 və yuxarısı | TOEFL: >72| İELTS > 5.5 | İngilis dili bilgisini göstərən digər metodlar da keçərlidir)

RY/MA-001: Elmi vizualizasiya və infoqrafikaların düzəldilməsi” ilə bağlı 2 rəy

  1. Salam,
    Elmi vizualizasiya və infoqrafika hazırlamağa marağım var. Daha öncə data analiatikasi kursuna getmişəm. Lakin bu sahədə araşdırmalar etməyə vaxt və imkan olmayıb. Universitet vaxtı məqalələrim və diplom işim keyfiyyət analizi əsasında araşdırmışam. Çox istərdim ki, sizin təcrübəmizdən yararlana bilim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt